Yazdırma Seçimləri:

Qiyməli qabak dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt45 dəq

Qiyməli qabak dolması

Lazım olan ərzaqlar
 4 ədəd qabak
 1 ədəd pomidor
 1 ədəd soğan
 250 q orta yağlı qiymə
 30 q kərə yağı
 1 stəkan düyü
 56 ədəd şüyüd
 1 yemək qaşığı tomat
 1 stəkan su
 duz
 istiot
 ədviyyatlar
Qiyməli qabak dolmasının hazırlanma qaydası
1

Qiyməli qabak dolması

Düyünü duz atılmış qaynar suda 15 dəqiqə saxlayıb süzün.
Soğanı soyub doğrayın.
Şüyüdü təmizləyib doğrayın.
Qabakları alacalı soyun.
Üzərindən barmaq qalınlığında kəsib içini çıxardın.
Çıxartdığınız qabak içlərini zər şəklində doğrayın.
Soğan, qiymə, şüyüd, tomat və bir qəhvə fincanı su, kərə yağı, duz və ədviyyatı əlavə edib yoğurun.
Ən sonda düyünü əlavə edin.
Hazırladığınız qarışığı qabakların içərisinə doldurun.
Üzərini örtmək üçün pomidorları doğrayın.
Pomidorları da yerləşdirdikdən sonra qazana düzün.
Qazanın kənarından 2 stəkan su tökün.
Qaynadıqdan sonra vam odda qabaklar bişənə qədər bişirin.
Ocaqdan düşürdərək isti halda servis edin.