Yazdırma Seçimləri:

Qiyməli çudu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı15 dəqÜmumi Vaxt1 saat 15 dəq

çudu

Qiyməli Çudu Üçün Lazım Olan Ərzaqlar
 1 paket Kenton qabartma tozu
 1 çimdik duz
 1 çimdik şəkər tozu
 1 stəkan süd
 1 ədəd yumurta
 1 paket quru maya
 aldığı qədər un
 100 q kərə yağı
 0,50 kq kərə yağı(yağlamaq üçün)
Qiyməli Çudunun İçi Üçün
 qiymə
 baş soğan
 duz
 istiot
 kərə yağı
Çudunun Ərzaqlarının Yığılması
1

1. Çudu üçün lazım olan unu br kasaya ələyin.
2. İstifadə edəcəyiniz kərə yağını bir kasaya alın.
3.Çudunun içi üçün istifadə ediləcək qiyməni bir kasaya qoyun.
4. İstifadə edəcəyiniz qədər duzu bir kiçik kasaya qoyun.
5. İstifadə edəcəyiniz quru mayanı da bir kasaya yığın.
6. Lazım olacaq qədər şəkər tozunu kiçik bir kasaya yəğın.
7. Çudu hazırlamaq üçün lazım olacaq xamanı bir kasaya yığın.
8. İstifadə edəcəyiniz yumurtanı təmiz yuyun.
9. Çudu üçün lazım olacaq qabartma tozunu bir kasaya qoyun.
10. Soğanı soyub bir qaba doğrayın.
11. Lazım olacaq qədər istiotu bir qaba alın.

Qiyməli Çudu Xəmirinin Hazırlanması
2

çudu

1. Quru mayanı, südü, şəkər tozu və duzu qataraq mayanın acımasını gözləyin.
2. Xamanı da mayanın üzərinə əlavə edin.
3. Qarışımın üzərinə yumurtanı əlavə edin.
4. Yumurtanı qarışdırdıqdan sonra kərə yağını əlavə edərək qarışdırın.
5. Ərzaqları qarışdırdıqdan sonra unu əlavə edin.
6. Qabartma tozunu da əlavə edərək xəmiri yoğurun.
7. Xəmir hazır olanda ələ yapışmayacaqdır.

Çudunun Hazırlanma Qaydası
3

badambura

1. Hazır xəmiri kündələrə ayırın.
2. Kündələri yumrulayaraq oval şəklinə salın.
3. Kündələdiyiniz xəmiri yayın.
4. Kərə yağıyla masanı yağlayın.
5. Yaydığınız yuxanı masanın üzərinə açın.
6. Yuxanı da yağlayın.
7. 4 ədəd yuxanı yağlayıb üst-üstə yığın.
8. Yağladığınız yuxaları rulon kimi bükün.
9. Hazırladığınız rulonu 2 barmaq enində kəsin.

Çudunun İçliyinin Hazırlanması
4

1. Ocağı yandırıb tavanı üzərinə alın.
2. Qızdırdığınız tavada kərə yağını əridin.
3. Kərə yağı əridikdə üzərinə qiyməni əlavə edib qarışdırın.
4. Kiçik-kiçik doğradığınız soğanı da qiymənin üzərinə əlavə edib qovurun.
5. Qiyməli soğan bir az qovrulduqdan sonra duz və istiotunu da əlavə edib bir az qovurun.
6. Artıq içlik də hazırdır.

Çudunun Bükülmə Qaydası
5

1. Doğramış olduğunuz xəmirin ortasını bir az dərinləşdirin.
2. Xəmirin içərisinə hazır qiymədən qoyub ağzını bağlayın.
3.Soba listinə yağlı kağız sərin.
4. Hazırladığınız çuduları aralıqlarla soba listinə düzün.

Çudunun Bişirilmə Qaydası
6

1. Sobanı əvvəlcədən 160-180 dərəcəyə yaxın qızdırın.
2. Hazırladığınız çuduları sobada bişirin.

Çudunun Servis Edilmə Qaydası
7

Hazır çuduları zövqünüzə uyğun bəzəyərək isti-isti servis edin.

Nuş olsun!