Yazdırma Seçimləri:

Qiyməli Kayseri Yağlaması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 15 dəq

Zəngin Türk mətbəxinin milli yeməklərindən biridir. Kayseri bölgəsinə məxsus bir yeməkdir.
Əl əməyi sayəsində möhtəşəm bir ləzzət ortaya çıxır. Kayseri yağlamasının görüntüsü torta bənzəyir. Çox ləzzətli bir ana yeməkdir. Ən çox bəyənilən ətli yeməklərdən biri olan kayseri yağlaması ətri və ləzzətiylə insanları cəlb edir. Evdə olan ərzaqlarlarla hazırlanan bir yeməkdir. Bir az lahmacun, bir az da lazanya dadı verən bir yeməkdir. Bişirməyənlərə Kayseri yağlamasını bişirməklərini tövsiyyə edərdim.

Qiymeli Kayseri Yağlaması Üçün Lazım Olan Ərzaqlar
 250 q qiymə
 1 ədəd baş soğan
 1 ədəd yaşıl bibər
 1 ədəd rəngli bibər
 3 yemək qaşığı pomidor püresi
 0,50 stəkan su
 duru yağ
 cəfəri
 duz
 istiot
 pul bibər
Qiymeli Kayseri Yağlamasının Üzəri Üçün
 sarımsaqlı qatıq
 kərə yağı
Qiyməli Kayseri Yağlaması Üçün Ərzaqların Yığılması
1

✅ Kayseri yağlaması üçün istifadə edəcəyiniz Millidad lavaşını bir siniyə yığın.
✅ Kayseri yağlaması üçün istifadə edəcəyiniz baş söğanı soyub bir qaba ığın.
✅ Kayseri yağlaması üçün istifadə edəcəyiniz əti yuyub suyunu verməsi üçün aşsüzənə yığın.
✅ İstifadə edəcəyiniz yaşıl bibər və rəngli bibərləri yuyub təmizləyərək suyunu qurutmaq üçün bir mətbəx dəsmalının üzərinə yığın.
✅ Pomidor püresini bir kasaya yığın.
✅ Kayseri yağlaması üçün lazım olacaq pul bibər, istiot və duzu ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz suyu stəkana süzün.
✅ Kayseri yağlaması üçün lazım olacaq qədər duru yağı bir stəkana süzün
✅ Sarımsaqları təmizləyib bir kiçik kasaya yığın.
✅ İstifadə edəcəyiniz qatığı bir kasaya yığın.
✅ Kayseri yağlaması üçün istifadə edəcəyiniz cəfərini təmizləyib yuyun və suyunu qurutmaq üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım ola biləcək qədər kərə yağını bir kasaya yığın.

İçliyin Hazırlanması
2

✅ Soğanları kub formasında doğrayın.
✅ Doğradığınız ətdən qiymə hazırlayın.
✅ Qiymələrı tavada yüngülcə qovurun.
✅ Qovrulmuş qiyməyə soğan əlavə edin və qovurmağa davam edin.
✅ Soğanlar bir az qızardıqdan sonra yaşıl bibr və rəngli bibəri də tavaya əlavə edin.
✅ Bütün ərzaqları birlikdə bişirin.
✅ Pomidor püresini əlavə edin.
✅ Tərəvəzlər və qiymə bişənə yaxın pul bibər, istiot, duz əlavə edib qarışdırın.
✅ Sonra qaynamış ilıq su əlavə edin.
✅ Bu formada 5 dəqiqə bişdikdən sonra qiyməli kayseri yağlamasının içliyini ocaqdan götürün.

Qiyməli Kayseri Yağlamasının Hazırlanması
3

kayseri yağlaması

✅ Qiyməli kayseri yağlamasını hazırlamaq üçün əvvəlcə bir qaba Millidad Yuxa sərin.
✅ Qaba sərdiyiniz lavaşın üzərinə hazırladığınız içlikdən 2-3 qaşıq qoyub lavaşın üzərinə yayın.
✅ Qiymənin üzərinə Milli Dad Lavaşı ikinci qatını da qoyub yenidən üzərinə qiyməni yayın.
✅ Bu şəkildə bir neçə qat yuxa və qiyməni üst-üstə düzün.

Kayseri Yağlamasının Süfrəyə Verilməsi
4

✅ Qiyməli Kayseri Yağlaması süfrəyə verilərkən üzərinə sarımsaqlı qatıq, üstündən isə əridilmiş kərə yağı tökün.

Nuş Olsun!