Yazdırma Seçimləri:

Qiyməli Lazanya

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt45 dəq

Lazanya,makaron xəmiriylə hazırlanan, sobada bişirilən İtalyan mətbəxinə aid bir ləzzətdir. Tamamilə evdə hazırlamaq istəyərsinizsə də özünüz yuxa açıb hazırlaya bilərsiniz.
Lazanyanın dadı bizim ağız dadımıza yaxın olduğu üçün çox sevilən bir yeməkdir. İtalyan mətbəxindən fərqli olaraq içərisinə sevdiyimiz ədviyyatları əlavə edərək mətbəximizə uyğun bir resept hazırladıq.

Qiyməli Lazanya Üçün Lazım Olan Ərzaqlar
 1 paket yarpaq lazanya
 2 yemək qaşığı duru yağ
 2 yemək qaşığı kərə yağı
 1 ədəd soğan
 2 ədəd kök
 400 q orta yağlı qiymə
 2 diş sarımsaq
 1 çay qayığı duz
 ½ çay qayığı istiot
 4 ədəd pomidor
 2 ədəd dəfnə yarpağı
 1,50 stəkan yaşıl noxud
 2 stəkan holland pendiri rəndəsi
Qiyməli Lazanyanın Sosu Üçün
 2 yemək qaşığı kərə yağı
 2 yemək qaşığı un
 4 stəkan soyuq süd
 ½ çay qayığı istiot
 ¼ çay qayığı muskat cəvizi rəndəsi
👉 Lazanya Üçün Ərzaqların Hazırlanması
1

✅ Yuduğunuz əti maşından keçirdərək qiymə hazırlayın
✅ Soğanı bişirməklik doğrayın.
✅ Kökü küp-küp doğrayın.
✅ Sarımsağı əzin.
✅ Holland pendirini və muskat cəvizini rəndələyin.

👉 Lazanyanın Ərzaqlarının Bişirilməsi
2

lazanya

✅ Duru yağı və kərə yağını tavada qızdırın.
✅ Doğranmış soğanları 3- 4 dəqiqəyə yaxın qovurun.
✅ Üzərinə kökü əlavə edib 3-4 dəqiqə daha qovurmağa davam edin.
✅ Qovurduğunuz kök və soğanın üzərinə qiyməni əlavə edin.
✅ Qiymə suyunu salıb çəkənə qədər qovurun.
✅ Sarımsaq, duz və istiotu da əlavə edin.
✅ Son olaraq rəndələnmiş pomidor və dəfnə yarpağını əlavə edib ərzaqları bişirin.
✅ Pomidorun suyu bir az çəkiləndən sonra içərisinə yaşıl noxudu da əlavə edib bişirməyə davam edin.
✅ Bütün ərzaqlar bişəndən sonra içliyimiz hazır sayılır.

👉 Lazanya Üçün Beşamel Sosunun Hazırlanması
3

lazanya

✅ Beşamel sosu hazırlamakq üçün kərə yağını sos qazanında əridin.
✅ Unu iyi çıxıb rəng alana qədər qovurun.
✅ Qovrulan una soyuq südü əlavə edibbir çırpma teli vasitəsi ilə davamlı qarışdırıb bişirin.
✅ Bişməyən lazanya yarpaqları istifadə etdiyinizdə normala görə sosunuz daha duru olmalıdır .
✅ İstiotu və rəndələdiyiniz muskat cəvizini də əlavə edib sonra ocaqdan alın.

👉 Lazanyanın Bişirilməsi
4

lazanya

✅ Soba sinisinin altına bir az beşamel sosu gəzdirin.
✅ Sosun üzərinə hazırladığınız içlikdən əlavə edərək yarpaq lazanyanı üzərindən düzün.
✅ Sırasıyla qiyməli xərc, beşamel sos və rəndələnmiş holland pendirini əlavə edin.
✅ Lazanyanın ən üst qatı üçün beşamel sosu və rəndələnmiş holland pendirini ayırdıqdan sonra bu işləmi bütün lazanya yarpaqları üçün təkrar edin.
✅ Qalan beşamel sos və rəndələnmiş holland pendiri ilə lazanyanın üzərini örtün.
✅ Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
✅ 180 dərəcə qızdırdığınız sobada lazanyanı 20-25 dəqiqəyə yaxın bişirin.
✅ Bişirmə sürəsi sobaya görə dəyişə bilər.
✅ Sobadan çıxan lazanyanı dilimləyin.

👉 Nuş Olsun!