Yazdırma Seçimləri:

Qiyməli Yumurta Dolması

Verimlilik1 Porsiya

Qiymeli yumurta dolması

Qiyməli Yumurta Dolması Üçün Lazım Olan Ərzaqlar
 Qiymə
 Holland pendiri
 Kartof
 Yumurta
 Duz
 Suxarı
Qızartmaq üçün
 Duru yağ
Qiyməli Yumurta Dolması Ərzaqların Hazırlanması
1

✅ Az yağlı dana ətindən qiymə hazırlanır.
✅ Kartoflar soyulur və incə - incə doğranır.
✅Seçilən kartof böyük olmalıdır.
✅Kartofu dilimləyərkən, çalışmaq lazımdır ki, maksimum şəkildə incə olsun.
✅Əks təqdirdə dolmanın üzərinə bükməkdə çətinlik çəkilir.
✅ Yumurta suda çox az bişir.
✅Bu zaman yumurtanın ağ hissəsi bişsə kifayətdir.
✅Sarısı bişməməlidir.

Qiyməli Yumurta Dolmasının Hazırlanması
2

✅Qiyməni duzlayın və duzu yaxşıca qarışdırın.
✅ Qiyməni əlinizin içərisində açın.
✅Böyük formada olsun.
✅ Soyulmuş az bişmiş yumurtanı açdığınız qiymənin üzərinə qoyun və yumurtanın hər tərəfini qiymə ilə yaxşıca örtün.
✅ Əvvəlcədən incə - incə dilimlədiyiniz kartof dilimləri ilə dolmanın hər tərəfini bağlayın
✅ Dolmanı suxarıya batırın.
✅Dolmanın hər tərəfi suxarı ilə örtülsün.

Qiyməli Yumurta Dolmasının Bişirilməsi
3

✅ Kiçik, ancaq dərin bir tavaya duru yağ qoyun
✅ Yağ yaxşıca isinsin.
✅Qaynama dərəcəsinə çatsın.
✅ Suxarıladığınız yumurta dolmasını ehtiyatla qaynar yağın içərisinə qoyun.
✅ Bu zaman diqqət edin ki, yağ isti olduğu üçün dolmanı yandırmasın.
✅ Qiyməli yumurta dolmasının bir üzü qızardıqdan sonra digər tərəflərinin qızarması üçün çevirin.

Qeyd!
4

✅ Yumurtanı soyarkən qabığının rahat çıxması üçün soyuq suya qoyun
✅ Kartof dilimlərinin xüsusi ilə maksimum incə olması çox vacibdir.
✅Əks təqdirdə dolmanın üzərinə bükmək mümkün olmaz.
✅ Yağın tam isinməsini yoxlamaq üçün içərisinə kiçik bir kartof parçası atıb yoxlamaq olar.
✅Bu zaman yağ qaynayarsa, demək ki yağ isinib.
✅ Yumurtalı kartof dolmasını qaynar yağa qoyarkən, ehtiyatlı olmaq lazımdır.
✅Yavaş - yavaş yağın içərisinə qoymaq lazımdır.
✅Bu həm yağın sıçramasının qarşısını alır, həm də dolmanın dağılma ehtimalı olmur.

Nuş Olsun!