Yazdırma Seçimləri:

Qızılgül Salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat

Qızılgül salatı süfrənizi bəzəyəcək bir salatdır.
Göz oxşayan görünüşü və ləzzətli tamı vardır. Bu saları sizlərin də hazırlamasını tövsiyyə edərdik.
Çox tez və rahat hazırlanan bir salatdır.

Qızılgül salatı

Qızılgül Salatı Üçün Lazım Olan Ərzaqlar
 300 q toyuq əti
 2 ədəd kartof
 1 ədəd kök
 4 ədəd yumurta
 göy soğan
 cəfəri
 mayonez
Qızılgül Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd yumurta
  l süd
 2 yemək qaşığı un
 2 çay qayığı bitki yağı
 duz
Qızılgül Salatı Hazırlamaq Üçün Ərzaqların Yığılması
1

✅ Qızılgül salatı hazırlamaq üçün istifadə edəcəyəciniz toyuq ətini yuyub təmizləyin və suyunu süzmək üçün aşsüzənə yığın.
✅ İstifadə edəcəyiniz soğanı soyub təmizləyin.
✅ Salat üçün istifadə edəcəyiniz kartofu bişirmək üçün yuyun.
✅ İstifadə edəcəyiniz mayonezi kasaya yığın.
✅ İstifadə edəcəyiniz kökü yuyub təmizləyin.
✅ Salat üçün lazım olacaq yumurtaları yuyun.
✅ Salat üçün istifadə edəcəyiniz cəfərini yuyub təmizləyin və suyunun quruması üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə ediləcək göy soğanları təmizləyib yuyun və suyunu çəkməsi üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz bitki yağını stəkana süzün.
✅ Salat hazırlamaq üçün istifadə edəcəyiniz unu bir kasaya yığın.
✅ Salat üçün lazım olan südü stəkana süzün.
✅ Lazım olacaq duzu bir kiçik kasaya yığın.

Qızılgül Salatı Üçün Ərzaqların Hazırlanması
2

✅ İstifadə edəcəyiniz soğanları doğrayın.
✅ Salat üçün istifadə edəcəyiniz kartofları bişirin.
✅ Bişirdiyiniz kartofların qabığını soyun.
✅ Bişmiş kartofu sürtgəcdən keçirin.
✅ İstifadə edəcəyiniz kökü bişirin.
✅ Bişmiş kökü rəndələyin.
✅ Yumurtanı bişirib soyun və rəndələyin.
✅ Ətlə soğanı qataraq qovurun.

Salat Üçün Qızılgülün Hazırlanma Qaydası
3

✅ Salatın üzərini qızılgül ilə bəzəmək üçün blinciki hazırlayın.
✅ Yumurtanı bir qarışdırma qabına sındırın
✅ Üzərinə südü əlavə edib qarışdırın.
✅ Yumurtalı qarışımın üzərinə bitki yağı və duzu da əlavə edib qarışdırın.
✅ Qarışımın üzərinə unu ələyib duru bir xəmir hazırlayın.
✅ Ocağı yandırın
✅ Blincik tavasını ocaqda qızdırın.
✅ Tavanı azca yağlayın.
✅ Bir çömçə yardımı ilə xəmirdən tavaya töküb yayın.
✅ Bir üzü bişdikdən sonra o biri üzünü də çevirib bişirin.
✅ Bilincikləri soyuması üçün bir kənara alın.
✅ Bu arada mayonezə çuğundur şirəsi qtıb qatışdırın.
✅ Soyuyan blinciklərin hər iki üzünə rəngli mayonezdən çəkin.

Qızılgül Salatının Hazırlanma Qaydası
4

✅ Salat hazırlamaq üçün bir iri boşqab götürün.
✅ Boşqba bir lay qovurduğunuz ətlə soğanı yayın.
✅ Ətlə soğanın üzərindən bir lay kartof yayıb mayonez çəkin.
✅ Üzərindən kökü yayaraq yenidən mayonez çəkin.
✅ Üzərindən yumurtanı yayın və yenidən mayonez çəkin.
✅ Rəngli blincikləri rulet formasında bükərək iki-üç hissəyə bölün.
✅ Rulet formada bükdüyünüz blincikləri 2-3 hissəyə bölün,səliqə ilə salatın üzərinə yerləşdirin.
✅ Aralarına cəfəri yarpaqları qoyaraq bəzəyin.

Nuş Olsun!