Yazdırma Seçimləri:

Qovud

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt1 saat

Qovud, əsasən Xıdır Elləz, Xıdır Nəbi zamanı hazırlanan Azərbaycanın milli yemək növüdür. E vitamini ilə də zəngin olan milli qida növünün, həzmi də son dərəcə asantdır. Xüsusi ilə Qərbi Azərbaycanda çox məşhur olan Qovud (qovurğa) günümüzdə də çox sevilir.

qovud

Qovud Üçün Lazım Olan Ərzaqlar
 buğda (qovurğa hazırlamaq üçün
 kərə yağı
 su və ya süd
 şəkər tozu və ya bal
 duz
Qovud Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ Buğdanı ayırtlayıb içərisində olan qabıqları, qırıntıları təmizləyib bir kasaya yığın.
✅ Buğda qovuracağınız sacı təmizləyib yuyaraq qurudun.
✅ Ocağı hazırlayın.
✅ Keçmişdə qovud hazırlamaq üçün kirkirə deyilən daş bir alətdən istifadə edərdilər.
✅ Qovud üçün kirkirənin üzərini silib təmizləyin ki ,üzərindən toz qalmasın.

Qovud Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅Qovud hazırlamaq üçün əvvəlcə Buğdanı sacda qovurun.
✅ Qovrulan buğdaya el arasında Qovurğa deyirlər.
✅ Qovurğanı hazırladıqca üzərini örtün ki, çox soyumasın.

Qovudun Hazırlanma Qaydası
3

✅Qovurğa hazırdır.
✅Qovrulan Qovurğa isti - isti kirkirədə (əl dəyirmanı) üyüdün.
✅Bu zaman üyüdülən Qovud, un kimi çox narın olmamalıdır.
✅Bir az iri ölçülü olmalıdır.

Qovudun Saxlanması
4

✅Qovurğa üyüdüldükdən sonra məhsul bez bir torbada və yaxud da ağzı möhkəm bağlana bilən qapalı bir qabda quru şəraitdə uzun müddət saxlanıla bilər.
✅Bu şəkildə bir dəfə hazırlanan məhsulu uzun müddət istifadə etmək mümkündür.

Qovudun Bişirilməsi
5

✅İndi isə sıra gəldi yeməyin bişirilməsinə.
✅Bir qabda kərə yağı (sarı yağ) əridin.
✅Sonra bu əridilmiş kərə yağına qaynar su (və ya qaynar süd) əlavə edin.
✅Sonra bu yağlı suya (südə) zövqə görə müəyyən miqdar duz əlavə edin.
✅Yemək əgər şirin olaraq hazırlanacaqsa, bu hazırlanan şərbətin içərisinə yenə ağız zövqünə görə bal və ya şəkər tozu qatıb qarışdırın.
✅Şərbət hazırlandıqdan sonra içərisinə əvvvlcədən üyüdülüb hazırlanmış qovudu qatın.
✅Bunu yavaş - yavaş etmək lazımdır ki, toz halındakı xammal bir yerə topalaşmasın.
✅Bu zaman yaxşıca qarışdırmaq lazımdır ki, maye ilə qatı kütlə bir - birinə yaxşıca qarışsın.
✅Nəticədə qatı və qəhvə rəngli bir kütlə alınır.
✅Hazırlanan yeməyi vam odda bir az da qarışdırın.
✅Qovud yeməyiniz hazırdır.

Qovudun Servis Edilməsi
6

✅İsti - isti süfrəyə verilir.
✅Yeməyin qatılığı da zövqə görə təyin edilir.

Nuş Olsun!