Yazdırma Seçimləri:

Qoz Peçenyesi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

🥯Qoz Peçenyesi Üçün Lazım Olan Ərzaqlar
 3 ədəd yumurta
 250 q şəkər tozu
 200 q yağ
 duz
 2 stəkan un
 1 çay qayığı qabartma tozu
🥯 Qoz Peçenyesinin İçliyi Üçün
 2 paket qaynadılmış qatılaşdırılmış süd
 qoz ləpəsi (istəyə görə)
🥯 Qoz Peçenyesi Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olan yağı bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz şəkər tozunu bir kasaya yığın.
✅ Peçenye üçün istifadə edəcəyiniz qozu təmizləyib kasaya yığın.
✅ Qabartma tozunu kiçik bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz unu bir qarışdırma qabına yığın.
✅ Qəlibi yağlamaq üçün istifadə edəcəyiniz duru yağı bir stəkana süzün.
✅ İçlik üçün istifadə edəcəyiniz südü bir qazana süzün.
✅ İstifadə edəcəyiniz duzu kiçik kasaya yığın.

🥯 Qoz Peçenyesi Üçün Xəmirin Hazırlanma Qaydası
2

✅ Qoz peçenyesi üçün istifadə edəcəyiniz yumurtaları bir qarışdırma qabına sındırın.
✅ İstifadə edəcəyiniz yağı ocaqda əridib otaq temperaturunda soyumağa qoyun.
✅ Sındırdığınız yumurtaların üzərinə şəkər tozunu əlavə edib çırpın.
✅ Otaq temperaturunda soyutduğunuz yağı yumurtalı, şəkərli qarışımın üzərinə əlavə edin.
✅Yağ, yumurta və qoz qarışığına duz, un, qabartma tozu əlavə edin.
✅Qarışığı yaxşıca qarışdırın.
✅Peçenyenin xəmiri hazırdır.
✅ Sonra xəmirin özünü tutması üçün soyuducuya qoyun.
✅ Bir qədər soyuducuda saxlayın.

🥯 Qoz Peçenyesinin Hazırlanması
3

✅ Sonra qoz peçenyesi qəlibinin hər iki tərəfinin içərisini bitki yağı ilə yağlayın.
✅X əmiri soyuducudan çıxardın.
✅Çay qaşığı vasitəsi ilə xəmirdən götürüb formaları doldurun.
✅Doldurduğunuz formaların qapağını bağlayıb bişirin.
✅ Bişmə əsnasında qoz peçenyesi formalarının kənarlarından çıxan xəmir artıqları mütləq kəsib götürün.
✅B u, səliqəsiz görünmənin qarşısını alır.

🥯 Qoz Peçenyesinin İçərisi Üçün
4

✅ İndi sıra gəldi içlik üçün qatılaşdırılmış südün hazır hala gətirilməsinə.
✅ Bunun üçün əvvəlcə qatılaşdırılmış südü qaynadın.
✅ Qoz ləpəsini əzin.
✅ Sonra qaynadılmış qatılaşdırılmış südü kiçik doğranmış qozla qarışdırıb qoz peçenyesinin içini doldurun.

🥯 Qoz Peçenyesinin Servis edilməsi
5

Qoz peçenyesini bayram süfrələrində çayla birlikdə servis edirlər.
Bu peçenyeni yalnız bayramlarda deyil hər vaxt bişirib istifadə edə bilərsiniz.

Nuş Olsun!