Yazdırma Seçimləri:

Qozlu Kreml Salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt50 dəq

Özəl günlərinizdə və yaxud da qonaqlarınız gələn zaman çazirlaya biləcəyiniz bir salat reseptini 1001dad.com saytı sizlərə təqdim etməyə çalışdı. Bu salat tərifi sizləri və qonaqlarınızı məmnun edəcək bir salatdır.Az ərzaqla çox rahat hazırlanan nəfis bir salatı sizlərin də həmən hazırlamasını tövvsiyyə edərdik.

Qozlu kreml salatı

Qozlu Kreml Salatı Üçün Lazım Olan Ərzaqlar
 3 ədəd orta ölçülü kartof
 3 ədəd kök
 3 ədəd yumurta
 250300 q kələm
 100 q qoz ləpəsi
 mayonez
 duz
 istiot
Qozlu Kreml Salatı Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz kartofları yuyub qazana yığın.
✅İstifadə edəcəyiniz yumurtaları yuyub dəsmalın üzərinə yığın.
✅İstifadə edəcəyiniz kələmi təmizlətib bir siniyə yığın.
✅İstifadə edəcəyiniz kökü də yuyub qazaqna yığın.
✅İstifadə edəcəyiniz qozun qabığını təmizləyib bir kasaya yığın.
✅İstifadə edəcəyiniz mayonezi bir kasaya yığın.
✅İstifadə edəcəyiniz duz və istiotu ayrıca kasalara yığın.

Qozlu Kreml Salatı Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅ Kreml salatı hazırlamaq üçün kartof və yumurtanı əvvəlcə qaynadın.
✅ Kələmi xırda - xırda doğrayıb duzlayın.
✅ Suda bişmiş kök, kartof və yumurtanı sürtgəcdən keçirdin.
✅ Qozu doğrayın.
✅Bişirdiyiniz yumurtanın aöını və sarısını ayrıca kasalara yığın.
✅Hazırladığınız kökü də suda qaynadın.

Qozlu Kreml Salatının Hazırlanması
3

✅ Kreml salatı tort səklində bu qayda ilə yığın.
✅ Əvvəlcə alt təbəqəyə kartof, mayonez, duz, istiot qoyun.
✅ İkinci təbəqəyə kök, mayonez, duz, istiot əlavə edin.
✅ Üçüncü təbəqəyə yumurtanın sarısı, mayonez, duz, istiot düzün.
✅ Dördüncü təbəqəyə kələm, mayonez və istiot əlavə edin.
✅ Beşinci təbəqəyə umurtanın ağı, mayonez, duz, istiot əlavə edin.
✅ Salatın üzəri üçün qoz ləpəsindən istfadə edin.
✅ Ləzzətli salat hazırdır.

Qozlu Kreml Salatının Servis Edilməsi
4

Bu salatı bayram günlərində, özəl günlərdə hazırlayaraq istədiyiniz yeməklərlə birkikdə servis edə bilərsiniz.

Nuş Olsun!