Yazdırma Seçimləri:

Qozlu Kükü

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Kükü qəhvəaltı süfrələrində hər zaman sevilən bir yeməkdir. Kükünu istərsiniz ocaqda, istəsəniz də sobada bişirə bilərsiniz. Süfrələrə çox yaraşan Kükü həm bərəkətli , həm də doyurucudur. Hər gün sevə-sevə yeyəcəyiniz bir qəhvəaltı reseptidir Kükü.

Qozlu kükü

Qozlu Kükü Üçün Lazım Olan Ərzaqlar
 100 q Kərə yağ
 100 q Holland pendiri
 250 ml Qaymaq
 Göy soğan
 Şüyüd
 Keşniş
 Duz
 İstiot
Servis Üçün
 250 ml Xama
Qozlu Kükü Üçün Ərzaqların Hazırlanması
1

✅ Qozlu kükü üçün istifadə edəcəyimiz göyərtiləri ayirtladıqdan sonra təmiz-təmiz yuyun.
✅ Suyunu çəkməsi üçün bir mətbəx dəsmalının üzərinə sərin.
✅ Suyu quruyan göyərtini kiçik-kiçik doğrayın.
✅ Qoz ləpəsini də təmizləyin.
✅ Təmizlədiyiniz qoz ləpəsini çox əzmədən doğrayın.
✅ Qozlu kükü üçün istifadə edəcəyiniz qaymağı bir kasaya alın.
✅ Holland pendirini rəndədən keçirin.
✅ Küküyə vuracağınız yumurtaları yuduqdan sonra bir qaba sındırın.

Qozlu Kükünün Ərzaqlarının Bişirmək Üçün Hazırlanması
2

Qozlu kükü

✅ Sındırdığınız yumurtaların üzərinə qoz ləpəsini əlavə edib qarışdırın.
✅ Yumurtalı qoz qarışımının üzərinə duz və istiot əlavə edib qarışdırın.
✅ Hazırladığınız qozlu yumurta qarışımını doğradığınız göyərtinin üzərinə əlavə edərək yenidən çırpın.
✅ Pendiri əlavə etdikdən sonra yaxşı qarışdırın.
✅ Artıq bişirəcəyiniz kükünün ərzaqları hazırdır.

Bişirmək Üçün Sobanın Hazırlanması
3

✅ Qozlu Kükünü bişirmək üçün sobanı əvvəlcədən 180 dərəcəyə qədər qızdırın.
✅ Qozlu kükü bişirəcəyiniz qabı bir az qızdırın ki, yağ əriyib qabın hər tərəfinə yayılsın.

Qozlu Kükünün Bişirilməsi
4

✅ Əvvəlcədən qızdırdığınız sobada qozlu kükünü bişirin.
✅ Qozlu kükünün tərkibində olan holland pendiri tamamən əridikdən sonra və üzəri azca qızardıqdan sonra sobadan almaq lazımdır.

Qozlu Kükünün Servis Edilməsi
5

✅ Kükü bişdikdən sonra sobadan çıxarıb isti-isti servis etmək lazımdır.
✅ Öz zövqünüzə uyğun olaraq süsləyə bilərsiniz.
✅ Kükünü xama ilə servis edə bilərsiniz.

Nuş Olsun!