Qozlu künbəz plovu
Qozlu künbəz plovu

Lazım olanlar:

  • 2 stəkan düyü,
  • 2 ədəd kök,
  • Kabak,
  • Yarım stəkan yaşıl noxud,
  • 3 dənə qırmızı bibər,
  • Yarım dəstə şüyüd,
  • 3 şorba qaşığı kərə yağlı marqarin.
  • 1 stəkan qarğadalı,
  • Duz,
  • İstiot,
  • 3 stəkan su,
  • Qozlu pendirli sandviç sürmə,

Hazırlanma qaydası:

Kök, kabak və yaşıl noxudu bişirin.

Kabak və kökü nərd zəri böyüklüyündə doğrayın.

Qırmızı bibərləri küp-küp doğrayın.

Şüyüdü incə doğrayın.

Dərin bir tavada yağı qızdırın.

Içinə yuyulmuş düyünü və duzu atıb yaxşıca qovurun.

Doğranmış kabak və qırmızı bibərlərin yarsını , kökü, noxudu, qarğıdalını, duzu, istiotu, və qozlu pendirli sandiviçi də düyünün içinə əlavə edib qarışdırın.

Doğranmış şüyüdü və suyu da əlvə edib vam odda düyülər göz-göz olana qədər bişirin.

Bişirdiyiniz plovu dəmlənməyə qoyun.

Kiçik şüşə kasaları isti su ilə isladın və içərisinə ayırdığınız kabak və qırmızı bibərləri səpin.

Üzərinə plov qoyun və qaşığın köməyi ilə düzəldin.

Kasaları tərs çevirib servis tabaklarına çıxardın.