Yazdırma Seçimləri:

Qozlu Piroq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat

qozlu piroq

Lazım Olan Ərzaqlar
 100 q kərə yağı
 150 q şəkər tozu
 2 ədəd yumurta
 1 paket qabartma tozu
 120 q buğda unu
 100 q qoz ləpəsi
 125 ml süd
Hazırlanma Qaydası
1

✅ Qozlu piroq tərifi üçün əvvəlcə yumurtanı şəkər tozu ilə çırpın.
✅ Başqa bir qabda yağı əridib soyudun.
✅ Yağ soyuduqdan sonra çalınmış yumurtanı əlavə edin və bunları da möhkəm qarışdırın.
✅ Qozu qabıqlarından təmizləyin.
✅ Təmizlənmiş qoz ləpəsini xırda-xırda doğrayın.
✅ Doğranmış qozu unla qarışdırın.
✅ Sobanı 180 dərəcədə isidin.
✅ Hazırladığınız piroq xəmirini 180 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişirin.
✅ Qozlu piroq bişdikdən sonra soyumasını gözləyin.
✅ Soyuyan qozlu piroqu şəkər kirşanı və qoz ləpəsi ilə bəzəyin.

Nuş Olsun!