Yazdırma Seçimləri:

Qozlu Salat

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 5 dəq

qozlu salat

Lazım Olan Ərzaqlar
 150 q toyuq döşü
 2 ədəd yumurta
 100 q göbələk
 1 ədəd soğan
 100 q pendir
 2 diş sarımsaq
 50 q qoz ləpəsi
  zövqə görə mayonez
Hazırlanma Qaydası
1

✅ Qozlu salat hazırlamaq üçün əvvəlcə soğanı xırda doğrayın.
✅ Göbələkləri təmizləyib suda saxlayın ki torpağı təmizlənsin.
✅ Göbələkləri duzlu suda 15 dəqiqə ərzində qaynadın.
✅ Qaynar tavada bitki yağında göbələkləri və soğanı qızardın.
✅ Sonra bunları soyudun.
✅ Toyuq ətini qaynadın.
✅ Toyuq ətini soyudun və xırda - xırda doğrayın.
✅ Yumurtanı qaynadın və sürtgəcdən keçirin.
✅ Sarımsağı yaxşıca əzin.
✅ Pendiri rəndədən keçirin.
✅ Boşqabda pendiri, sarımsağı və mayonezi qarışdırın.
✅ Qozlu salatı qat-qat yığılır:
✅ Salatda məhsul laylarının yığılma ardıcıllığı bu şəkildədir:
✅ 1-ci qat (aşağı) – toyuq əti (mayonez yaxılır).
✅ 2-ci qat – yumurta (mayonez yaxılır).
✅ 3-cü qat – soğanlı göbələklər (mayonez azacıq yaxılır).
✅ 4-cü qat – sarımsaqlı və mayonezli pendir.
✅ 5-ci qat – qoz ləpəsi.

Nuş Olsun!