Yazdırma Seçimləri:

Qozlu Samsa

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat 20 dəq

Samsa Şərqi və Orta Asiya, Aralıq dənizi və Afrika xalqlarının ənənəvi yeməyidir. Görünüşdə görə dəyirmi, üçbucaqlı və ya kvadrat şəklində olur. Orta Asiyada, xüsusən Özbəkistanda samsa yalnız təndirdə hazırlanır. Ancaq evdə bunu etmək çox çətin olduğundan, evdar qadınlar bu yeməyi elektrik və ya qaz sobasında bişirməyə uyğunlaşıblar. Sizlərə təqdim edəcəyimiz Qozlu samsa çox dadlı və rahat hazırlanır.

Qozlu samsa

Qozli Samsa Üçün Lazım Olan Ərzaqlar
 125 q marqarin
 ½ stəkan süd və ya duru yağ
 1 ədəd yumurta
 1 paket qabartma tozu
 ½ stəkan sirkə
 1 çimdik duz
 un
Qozlu Samsanın Xəmirlərini Açmaq Üçün
 nişasta
Qozlu Samsanın İçliyi Üçün
 300 q qoz
Qozlu Samsanın Üzəri Üçün
 100 q marqarin
 100 q kərə yağı
Qozlu SamsanınŞərbəti Üçün
 7 stəkan toz şəkər
 6 stəkan su
 1 ədəd limonun suyu
Qozlu Samsanın Ərzaqlarının Yığılması
1

✅ Lazım olcaq marqarini bir kasaya alın.
✅ İstifadə edəcəyiniz südü,sirkə və duru yağı ayrıca stəkanlara süzün.
✅ Yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz qabartma tozunu, duz , nişasta, qoz və unu ayrıca kasalara yığın.
✅ İstifadə edəcəyiniz limonu yuyub mətbəx dəsmalının üzərinə yığın.

Qozlu Samsanın Ərzaqlarının Hazırlanması
2

✅ İstifadə edəcəyiniz marqarini əridin.
✅ Yumurtaları bir kasaya sındırın.
✅ Samsanın içərisinə yığacağınız qozu əzin.
✅İstifadə edəcəyiniz unu ələyin.

Qozlu Samsanın Xəmirinin Hazırlanması
3

✅ Dərin bir qaba əridilmiş marqarin, süd, duru yağ, yumurta, qabartma tozu, sirkə və duzu qoyun.
✅ Qulaq məməsi yumşaqlığında bir xəmir əldə edənə qədər un əlavə edib bütün ərzaqları yoğurun.
✅ Hazırladığınız xəmirdən 60 ədəd qoz böyüklüyündə kündə qoparın .

Qozlu Samsa Üçün Yuxaların Hazırlanması
4

✅ Kündələri 3 yerə ayırın .
✅ İlk qrupdakı 20 ədəd xəmirin hər birini, üzərinə nişasta səpərək çay tabağı böyüklüyündə açın.
✅ Xəmirləri üst- üstə qoyun və tək bir xəmir olacaq şəkildə təkrar açın.
✅ Qalan iki kündə qrupuna da eynı işləmi uygulayın və toplam 3 ədəd yuxa əldə edin.

Qozlu Samsanın Bükülməsi
5

✅ 1 ədəd yuxanın kənarına döyülmüş qozdan qoyun və 3 dəfə öz ətrafında yuvarlayıp, rulonlar hazırlayın.
✅ Bitdyi yerdən bıçaqla kəsin və təkrar yuxanın uç hissəsinə qoz qoyub eyni işləmi təkrarlayın.
✅ Yuxa bitənə qədər bu işləmi davam etdirin.
✅ Yağlanmış soba listinə yerləşdirin və 1 gecə soyuducuda saxlayın.
✅ Ertəsi gün üzərinə əridilmiş marqarin və kərə yağı qarışımını gəzdirin.

Qozlu Samsa Üçün Şərbətin Hazırlanması
6

✅ Şərbəti üçün toz şəkər və suyu bir qazanda qaynadın.
✅ Limon suyunu əlavə edib 1 daşım daha qaynadın və ilınması üçün bir kənara alın.

Qozlu Samsanın Bişirilməsi
7

✅ Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
✅ Əvvəlcədən qızdırılmış sobada üzərləri qızarana qədər bişirin.

Qozlu Samsanın Servis Edilməsi
8

✅ Bişən şirniyyatı sobadan çıxardın və isti halda üzərinə ilıq şərbəti gəzdirin.
✅ İsti və ya soyuq halda servis edə bilərsiniz.

Nuş Olsun!