Yazdırma Seçimləri:

Quru Lobya Resepti

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı55 dəqÜmumi Vaxt1 saat 20 dəq

Quru lobyanı hansı fəsildə bişirsən fərq etməz və damaqlarda qalan dadına da doyulmaz .

🍲 Lazım Olan Ərzaqlar
 500 q quru lobya
 4 yemək qaşığı zeytun yağı
 2 yemək qaşığı kərə yağı
 1 ədəd soğan
 1 yemək qaşığı pomidor tomatı
 3 stəkan su
 1 çay qayığı duz
 1 çay qayığı şəkər tozu
 ½ çay qayığı şirin toz bibər
🍲 Quru Lobya Bişirmək Üçün Ərzaqların Yığılması
1

quru lobya

✅ İstifadə edəcəyiniz lobyanı təmizləyib yuyun.
✅ İstifadə edəcəyiniz kərə yağını bir kasaya alın.
✅ Lazım ola biləcək qədər zeytun yağını da bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz soğanın qabığını soyub kasaya yığın.
✅ Lazım olan qədər duzu bir kasaya yığın.
✅ Yeməyə qatacağınız tomatı da kiçik bir kasaya yığın.
✅ Yeməyə qatacağınız toz bibəri də kasaya yığın.
✅ Yeməyi bişirmək üçün lazım olan suyu bir şüşə qaba yığın.
✅ Lazım ola biləcəkj qədər şəkər tozunu da kasaya yığın.

🍲 Quru Lobya Yeməyi Üçün Ərzaqların Hazırlanma Qaydası
2

quru lobya

✅ İslanması üçün kasada suya qoyun.
✅ Soğanı bişirməklik doğrayıb kasaya yığın.
✅ Yemək bişirmək üçün ocağı qızdırın.
✅ Tavanı ocağın üzərinə alın.

🍲Lobya Yeməyinin Bişirilmə Qaydası
3

✅ 4 yemək qaşığı duru yağ və 2 yemək qaşığı kərə yağını dərin bir qazanda qızdırın.
✅ 1 ədəd yeməklik doğranmış quru soğanı da əlavə edib qızarana qədər yağda qovurun.
✅ Soğanlar qovrulduqdan sonra 1 yemək qaşığı pomidor tomatını da əlavə edib iyi çıxana qədər qovurun.
✅ Son olaraq bir gecə əvvəlcədən islatdığınız quru lobyanı da soğanların üzərinə əlavə edin.
✅ 1-2 dəqiqə qarışdırın və 3 stəkan su, 1 çay qaşığı qırmızı toz bibər və 1 çay qaşığı duzu əlavə edib qapağını qapadaraq lobyalar yumşalana qədər bişirin.

🍲Lobya Yeməyinin Servis Edilmə Qaydası
4

Dəndən bişmiş düyü plovu ilə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!