Yazdırma Seçimləri:

Quru Lobyalı Tort

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı1 saat 10 dəqÜmumi Vaxt1 saat 50 dəq

Quru lobyalı tort

Lazım Olan Ərzaqlar
 3 ədəd yumurta
 2 stəkan quru lobya(bişirmədən ölçüləcək)
 1,50 stəkan toz şəkər
 1,50 stəkan incə çəkilmiş qoz
 1 paket qabartma tozu (olmasa da olar)
Bəzəmək Üçün
 2 paket krem şanti
 1,50 stəkan soyuq süd
Hazırlanma Qaydası
1

✅ Bir gecə əvvəldən islattiginiz paxlaları yumşaq olana qədər qaynadıb qabıqlarını soyun.
✅ Robotdan krem kimi olana qədər kecirin.
✅ Ayrica yumurta və şəkəri çırparaq köpükləndirin.
✅ Paxlanı da əlavə edib yaxşı-yaxşı qarışdırın.
✅ Qarışıq keks konsistensiyası olana qədər paxlanı əlavə edin.
✅ Hamısını da istifadə edə bilərsiniz.
✅ Qabartma tozu və qozu əlavə edərək qarışdırın.
✅ Sonra qarışığı bir qəlibə boşaldın.
✅ Əvvəlcə qəlibə kağız sərmək lazımdır.
✅ Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 45 dəqiqəyə, yaxud 1 saata yaxın bişirin.
✅ Tortun icində azca bişməmiş qalarsa 20 dəqiqəyə yaxın əvvəlcədən isidilmiş qabın icində tutun.
✅ Tort soyuyunca krem santi və südü yaxşıca çalaraq tortu bəzəyin.
✅ Tərifdə un, yağ və qabartma tozu yoxdur.
✅ Bəzən qabartma tozu qata da bilərsiniz.
✅ Hazır tortu ikiyə bölərək də toz şəkər və qoz ləpəsi ilə bəzəyə bilərsiniz.
✅ Bölməsəniz də olar.
✅ Evdə olan şokoladları ortasına və üzərinə qoyun.
✅ Üzərini bəzəmək üçün şokoladlı sos və qoz istifadə edin.
✅ Çox gözəl və dadlı olur.

Nuş Olsun!