Yazdırma Seçimləri:

Rəvani

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

Rəvani şirniyyatı

Rəvani şirniyyatı üçün lazım olan ərzaqlar
 4 ədəd yumurta
 1,50 stəkan şəkər
 1,50 stəkan mannı
 1,50 stəkan qatıq
 1,50 stəkan duru yağ
 2,50 stəkan un
 1 stəkan üyüdülmüş qoz
 1,50 paket qabartma tozu
 1 paket vanilin
Şərbəti üçün
 3 stəkan şəkər
 4 stəkan su
 1 çay qayığı limon suyu
Üzərinə
 3 yemək qaşığı hind qozu
Rəvani şirniyyatının hazırlanma qaydası
1

Əvvəlcə xəmiri rahat çırpa bilmək üçün iri bir kasa götürün.
Içərisinə yumurta və toz şəkəri əlavə edib çırpın.
Ardından duru yağ ilə qatığı əlavə edib çırpın.
Kasanın içərisinə mannı və qabartma tozunu əlavə edib , ardından da unu əlavə edərək yaxşıca çırpın.
Sonda isə vanilini əlavə edərək çırpmanı davam etdirin.
Rəvanini bişirmək üçün istiyə davamlı dördkünc qabı yağlayın.
Qabın içərisinə hazır xəmiri tökün.
Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.
Rəvani sobada bişərkən şərbətini hazırlayın.
Şərbəti qaynatdıqdan sonra limon suyunu da əlavə edib ocağı söndürün.
Rəvanini dilimləyin.
Soyuduqdan sonra şərbəti onun üzərinə tökün.
Ancaq şərbət bir az ilıq olmalıdır.
Şərbəti də tökdükdən sonra başqa bir sini ilə üstünü örtərək bir az dincə qoyun.
Şirniyyat şərbəti çəkdikdən sonra üzərinə hind qozu səpin və servis edin.

Nuş olsun!