Yazdırma Seçimləri:

Rəngli Bibərli Sendviç

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt45 dəq

Rəngli bibərli sandviç

Lazım Olan Ərzaqlar
 100 q holland pendiri
 50 q kərə yağı
 3 ədəd rəngli bibərlər
 4 ədəd doğranmış çörək dilimi
 1 yemək qaşığı duru yağ
 duz
 istiot
 quru nanə
Ərzaqların Yığılması
1

✅Əvvəlcə rəngli bibərləri yuyub suyunu qurudun.
✅Sonra bibərləri təmizləyin.
✅İstifadə edəcəyiniz holland pendirini kasaya yığın.
✅İstifadə edəcəyiniz çörək dilimlərini bir qaba yığın.
✅İstifadə edəcəyiniz kərə yağını kasaya alın.
✅ İstifadə edəcəyiniz duzu, istiotu və quru nanəni ayrı-ayrı kasalara yığın.

Ərzaqların Hazırlanması
2

✅Təmizlədiyiniz bibərləri dilimləyin.
✅Holland pendirini rəndələyin.
✅Kərə yağının otaq temperaturunda olması vacibdir.
✅Çörək dilimlərini tavada qızdırın.

Sandiviçin Hazırlanma Qaydası
3

✅Dilimlənmiş çörəklərin üzərinə kərə yağı sürtərək yapışmaz tavada bir az qızdırın ki, yağ hər tərəfinə əriyib yaxılsın.
✅Yağladığınız çörək dilimlərinin üzərinə holland pendiri səpin.
✅Pendirin üzərindən dilimləyib dadlandırdığınız bibərləri düzün.
✅Yenidən bibərlərin üzərinə rəndələnmiş holland pendiri əlavə edin.

Bişirmə Qaydası
4

✅Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Hazırladığınız sandvicləri qızdırdığınız sobada pendir əriyənə qədər bişirin.
✅ Çalışın bibərlər bişsin.

Servis Qaydası
5

✅İsti halda servis edin.

Nuş Olsun!