Yazdırma Seçimləri:

Reyhan şərbəti

Verimlilik5 PorsiyonHazırlanma Müddəti10 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt40 dəq

reyhan şərbəti

Lazım olan ərzaqlar
 1,50 l su
 2 dəstə qırmızı yarpaq reyhan
 şəkər
 limon duzu
Hazırlanma qaydası
1

reyhan şərbəti

Reyhan şərbəti hazırlamaq üçün əvvəlcə reyhanlar bol su ilə təmiz yuyulur.
Təmizlənib yuyulan reyhanlar bir qazana qoyulur.
Qazandakı reyhanların üzərinə limon turşusu və ya sıxılmış limon suyu əlavə edilir.
Reyhan yarpaqlarının üzərinə limon suyu əlavə etdikdən sonra qazanın qapağı bağlanır və 20-30 dəqiqə gözlədilir.
20-30 dəqiqə ağzı bağlı qazanda gözlədilən limonlu reyhanın üzərinə 1 stəkan qaynar su əlavə edilir.
Üzərinə qaynar su tökülən reyhan yarpaqları bir az dəmlənməsi üçün gözlədilir.
Bundan sonra limonlu reyhanların olduğu qazana su əlavə edilir.
İçərisində su və reyhan olan qazan ocaqda vam odun üzərində qaynadılır.
Bir az qaynadıqdan sonra şərbətə toz şəkər əlavə edilir.
Üzərinə şəkər tozu əlavə edilən su və reyhan qarışığı bir neçə dəqiqə yenə qaynadılır.
Bu bir neçə dəqiqə davam edir.
Bundan sonra şərbət soyumağa buraxılır.
Soyuyan şərbətin içərisindəki yarpaqlar təmizlənir və reyhan şərbəti süzülür.
Şərbət süfrəyə soyuq halda verilir.
Reyhan şərbəti çəhrayı rəngdə olur.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 0