Yazdırma Seçimləri:

Rulon Lahmacun

Verimlilik2 PorsiyonHazırlanma Müddəti50 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt1 saat 5 dəq

Rulon lahmaçun

Lazım Olan Ərzaqlar
 3 ədəd yuxa
Sosu Üçün
 1 stəkan qatıq
 1 stəkan süd
 1 stəkan duru yağ
 1 çimdik soda
 1 ədəd yumurta
İçlik Üçün Lazım Olan Ərzaqlar
 350 q qiymə
 2 ədəd doğranmış soğan
 3 ədəd uzunsov bibər
 1 ədəd incə doğranmış uzunsov qırmızı bibər
 3 diş sarımsaq
 ½ stəkan su
 istiot
 duz
 cirə
Hazırlanma Qaydası
1

✅Soğanı kiçik-kiçik doğrayın .
✅ Soğanın üzərinə kiçik-kiçik doğradığınız bibərləri əlavə edib bir az əlinizlə ovun.
✅ Bu qarışığa ədviyyatları, duzu, sarımsağı və qiyməni əlavə edin.
✅ Bundan sonra isə qarışığın üzərinə yarım stəkan su əlavə edərək hamısını bir yerdə yoğurun.
✅ Bu arada bir az da su əlavə edə bilərsiniz.
✅ Sos üçün lazım olan ərzaqları bir kasanın içində qarışdırın.
✅ Yağladığınız soba sinisinə əvvəlcə yuxanı açın və yuxanın kənarları soba sinisinin kənarına çıxardın.
✅ Üzərinə duru ərzaqlardan bir az yayın və ikinci yuxanı da əlavə edin və yenə də yuxanın kənarları soba sinisindən kənara çıxsın.
✅ Üçüncü yuxanı sərdiyinizdə içlik malzəmələri bitirmiş olmalısınız.
✅Kənarlarını içə doğru qatlayıb bir dörtkünc şəklinə salın.
✅ Qiyməli içi üzərinə əlinizlə yayaraq düzənləyin.
✅ Əvvəlcədən 200 dərəcə qızdırdığınız sobada bişirin.
✅ Bişirdiyiniz börəyi sobadan çıxardın və yumşalandan sonra rulon şəklində bükün.
✅ Dilimləyərək servis edin.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 2