Yazdırma Seçimləri:

Rulon Salat

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt55 dəq

Rulon salat

Lazım Olan Ərzaqlar
 3 ədəd yumurta
 ½ stəkan qatıq
 duz
 qabartma tozu
 2 ədəd kök
 1 ədəd soğan
 1 stəkan un
İçlik Üçün Lazım Olan Ərzaqlar
 500 q süzmə qatıq
 1 diş sarımsaq
 ½ dəstə şüyüd
 duz
 pul bibər
Rulon Salat Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz soğanları soyub kasaya yığın.
✅ Lazım olacaq kökü yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz qatığı bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz qədər unu, qabartma tozunu və duzu ayrıca kasalara yığın.
✅ Lazım olacaq qədər sarımsağı soyub kasaya yığın.
✅ İstifadə edəcəyiniz şüyüdü yuyub təmizləyib yuyaraq mətbəx dəsmalınn üzərinə yığın.

Rulon Salat Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅ Soğanları kiçik-kiçik doğrayın.
✅ İstifadə edəcəyiniz kökü rəndələyin.
✅ İstifadə edəcəyiniz yumurtaları bir qaba sındırın.
✅ Soba sinisinə yağlı kağız sərin.
✅ İstifadə olunacaq tavanı ocaqda qızdrın.
✅Yumurtaları bir qaba sındırın.

Rulon Salatının Hazırlanma Qaydası
3

✅ Doğradığınız soğanları iki-üç qaşıq yağda qızardın.
✅ Qızardılmış soğanların üzərinə rəndələdiyiniz kökü əlavə edib qızardın.
✅ Kök və soğan qızardıqdan sonra yumurtanı bir qabda çırpın və üzərinə qatığı da əlavə edib çırpın.
✅ Bişirdiyiniz kökü və soğanı da əlavə edib qarışdırın.
✅ Un, qabartma tozu və duzu da əlavə edib yenidən qarışdırın.
✅ Yağlı kağız sərilmiş siniyə töküb, əvvəlcədən 170 dərəcə qızdırdığınız sobada bişirin.

Rulonun Hazırlanması
4

✅ Bişən rulonu ilıq haldaykən büküb açın.
✅ Ardından hazırladığınız qatığı hər yerinə sürtün və rulon hazırlayın.
✅ Yağlı kağıza sarıyıb soyuducuda bir neçə saat gözlədin.

Rulin Salatının Servis Edilməsi
5

Soyuduqdan sonra dilimləyərək istədiyiniz zaman, istədiyiniz yeməklərlə servis edə bilərsiniz.

Nuş Olsun!