Səbzi qovurma bişirmək üçün əvvəlcə qoyun cəmdəyinin bel hissəsindən və ya bud hissəsindən ət götürülür.
Bu ət təqribən 25-30 qramlıq tikələrə doğranılır.
Götürülən ətin sümüksüz olmasına diqqət yetirmək lazımdır.
Doğranılan bu qoyun əti tikələri yağda qızardılır.
Baş soğanlar soyulur, doğranılır.
Doğranılan soğanlar yağda yüngül qızardılır.
Yağda qızardılan soğanlar da qovrulmuş qoyun ətinə əlavə edilir və qarışdırılır.
Bundan sonra soğanlı ətə abqora və ya limon duzu, zəfəran şirəsi vurulur və qarışdırılır.
Qazanın qapağı örtülür.
Xörəyin öz buxarında bişməsi məsləhətdir.
Xörək bişənə yaxın (bişməsinə təqribən 5 dəqiqə qalanda) əvvəlcədən kiçik ölçüdə doğradığımız keşniş, kəvər, ispanaq vurulur və qarışdırılır. İstəyə görə başqa göyərti də əlavə etmək mümkündür.
Xörək bişib hazır olduqdan sonra süfrəyə isti halda verilir.
Süfrəyə verilən xörəyin üzərinə kiçik - kiçik doğranmış təzə şüyüd səpilir.
Səbzi qovurma süfrəyə plovla birlikdə verilir.

Plov adi qaydada hazırlanır.
Plovu hazırlamaq üçün əvvəlcə duyu ayırtlanır.
Bir az suda gözlədilir və suyu bir neçə dəfə dəyişdirilir.
Bundan sonra düyü temperaturu 60 dərəcə olan duzlu suda gözlədilir.
Bir qazanda su qaynadılır.
Yuyulub bir az suda gözlədilən düyünün suyu süzülür və qaynar suya əlavə edilir.
Burada düyü bişənə qədər qaynayır.
Düyünün əzilməməsinə, dənələrin diri qalmasına diqqət yetirmək lazımdır.
Bişib hazır olan düyünün suyu süzülür və geniş bir qazanda dəmə qoyulur.
Ərzaqlar
Təlimatlar

Leave a Reply