Şekerbura
Verimlilik1 Porsiya
Hazırlanma Müddəti1 saat 30 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 55 dəq
Lazım olan ərzaqlar
İçlik üçün
Xəmiri hazırlama qaydası
1

Şəkərbura, Azərbaycan milli şirniyyat növüdür. Bu ləzzətli milli şirniyyat - şəkərbura əsasən səməni ilə birlikdə Novruz bayramı süfrələrinin bəzəyidir.
Bu ləziz təmı hazırlamaq üçün əvvəlcə şəkərbura xəmiri hazırlanır.
Xəmiri hazırlamaq üçün:
Südü bir qabda ılıq olana qədər isidin.
Una maya, kərə yağı, yumurta, xama vurun
Normal xəmir yoğurun.
Xəmirin üzərinə nəm bez və ya streç filmlə örtün və isti yerdə gözlədin.
Xəmirin mayalanması üçün isti olmalıdır.
Hazırladığımız xəmiri təqribən bir saat acımağa qoyun.
Xəmir yaxşıca acımalıdır.

Şəkərbura içliyini hazırlayın
2

Fındıq ləpəsini tavada qovurun.
Qovrulmuş fındıq ləpəsinin qabığını təmizləyin.
Qabıqları təmizlənən fındıq ləpəsini elektrik və ya əllə fındıq üyüdən maşın vasitəsi ilə üyüdün.
Üyüdülmüş fındıq ləpəsinin içərisinə şəkər tozu və çəkilmiş hil əlavə edin.
Bütün bunları yaxşıca qarışdırın.
Şəkərbura xəmiri artıq acıyıb.
Acımış xəmirdən təqribən qozdan bir az böyük 10 ədəd kiçik kündəcik düzəldin.
Bu zaman xəmirin hamısını kündələməyin.
Bir hissəsini saxlayın
Xəmiri hissə - hissə kündələmək məsləhətdir.
Çünki belə etmədiyimiz təqdirdə kündələr quruya bilər və nəticə istədiyimiz kimi alınmaz.
Təqribən 8-10 ədəd kiçik kündə hazırlayın, onları düzəldib qurtardıqdan sonra yenidən kündələyin.
Bu şəkildə, xəmirin hamısı bitənə qədər şəkərburanı düzəltməyə davam edin.

Şəkərburanın bükülmə qaydası
3

Bunun üçün kündələrdən birini götürüb 10 sm diametrində bir yuxa yayın.
Sonra yayılan kündəni ovcunuzun içərisinə qoyun və bu yuvanın içərisinə təqribən 2 çay qaşığı hazır iç qoyun.
Bu zaman xüsusi ilə diqqət etmək lazımdır ki, şəkər tozu uc hissələrə dağılmasın.
Əks təqdirdə şəkərburanın uc hissələri yaxşı yapışmayacaq.
İçərisinə iç qoyulan yuxanın yanlarını uc - uca birləşdirin.
Bundan sonra yuxanı bükün.
Bunu həm yuxarıdan aşağı, həm də aşağıdan yuxarı istiqamətdə bükmək mümkündür.
Bükülən şəkərburalara bəzək maqqaşından istifadv edərək naxış vurun.
Naxış vurduğunuz şirniyyatları çalışmaq lazımdır ki, bir - birlərindən bir az aralı dursunlar.
Onları səliqə ilə düzün.
Şəkərburaların hamısı bükülüb, bəzədildikdən sonra artıq bişirməyə hazırlamaq olar.
Sobanı əvvvəlcədən 170 - 180 dərəcə isidin.
Sonra bu isidilmiş sobada şəkərburanı təqribən 20 - 25 dəqiqə bişirin.
Bişdikdən sonra sobadan çıxardın.
Bişib hazır olan şəkərburaları sərin yerdə saxlamaq lazımdır.
Ancaq bu zaman diqqət etmək lazımdır ki, çox soyuq yer olmasın.
Bişən şəkərbura üstü açıq olaraq gözlədilməlidir.
Səliqəli və açıq düzmək lazımdır ki, naxışlar quruyub bərkisin, pozulmasın.
Bişmə zamanı diqqət etmək lazımdır ki, şəkərburanın üzü qızarmasın.
Bişdikdən sonra şəkərbura düz və geniş bir qaba yan yana səliqə ilə düzülməlidir.
Tam soyuyub özünü tutan şəkərburalar, ağzı örtülə bilən bir qaba yığılır.

https://1001dad.com/g%C9%99nc%C9%99-paxlavasi/
https://1001dad.com/gul-paxlava/
https://1001dad.com/turk-paxlavasi-ev-usulu/

Nuş olsun!

Ərzaqlar

Lazım olan ərzaqlar
İçlik üçün

Təlimatlar

Şəkərbura