Yazdırma Seçimləri:

Şəkərlənmiş portağal qabığı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt20 dəq

şəkərlənmiş portağal qabığı

Lazım olan ərzaqlar
 1 ədəd portağal qabığı
 1 stəkan şəkər tozu
 1 stəkan su
Üzəri üçün
 1 stəkan şəkər tozu
Hazırlanma qaydası
1

Portağal qabıqlarınızı soyup incə bir şəkildə uzunlamasına kəsin.
Əlimizlə yuvarlayaraq iynə yardımı ilə ipə düzüb 1 gecə bu şəkildə saxlayın.
Daha sonra bir qazana su qoyub qaynadın. Portağal qabıqlarını iplə bərabər qazanın içinə qoyub 5 dəqiqə qaynadın.
Qazanın suyunu boşaldıb təkrar su qoyub yenidən qaynadın.
Bu əməliyyatı 3 dəfə təkrar edib portağal qabığının acı suyunu çıxardın.
Sonra sudan çıxardıb süzün.
Daha sonra ayrı bir qazana 1 stəkan su və 1 stəkan şəkər alıb şərbət qatılığına gələnə qədər qaynadın.
Portağal qabıqlarınızı içinə atıb 10 -15 dəqiqə daha qaynadın.
Şərbətin içindən çıxarıb bir tabağa qoyduğunuz toz şəkərə bulayıb çıxardın.
1saata qədər qurumasını gözləyin.
Bu arada ipini də çıxartmağı yaddan çıxartmayın.
Artıq şəkərləməniz servisə hazırdır.

Nuş olsun!