Yazdırma Seçimləri:

Sadə biskvit

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt55 dəq

biskvit

Lazım olan ərzaqlar
 1 stəkan şəkər tozu
 1 stəkan un
 3 ədəd yumurta
 1 paket vanilin
Hazırlanma qaydası
1

Yumurtanın ağını sarısından ayrın.
Mikserin ən aşağı sürəti ilə ağları çırpıb ,yavaş –yavaş,qaşıq-qaşıq şəkər əlavə edərək çırpın və vanil qatın.
Bu qarışıq kifayət qədər ağ rəngli və qatı olduqdan sonra sarıları əlavə etməyə başlayın.
Bundan sonra mikserin sürətini artıraraq çırpın.
Sonra kiçik kütlələrlə unu əlavə edib qaşıqla aşağıdan yuxarı istiqamətdə qarışdırın.
Un qatılandan sonra xəmirə mikser salmaq olmaz!
Hazırlanmış xəmiri yağlanmış qaba töküb 200 dərəcəyədək qızdırılmış sobaya qoyun.
20-25 dəqiqə müddətinə bişirin.
Biskvitin bişirilməsinin əsas qaydası- bişmə zamanı sobanın qapağını açmaq olmaz!
Yoxsa biskvit nazik olacaq.
Bişdikdən sonra soyudub qabdan ayırın.
Qaydalara tam riayət etsəniz ideal biskvit əldə edəcəksiniz.
Yumurtanin sarisini ayrica pesokla birlikdə mikserlə agaranacan çalib qatilasmis yumurta agina əlavə edəndə daha effektli olur.