Yazdırma Seçimləri:

Şaftalı formasında peçenye

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

şaftalı peçenye

Lazım olan ərzaqlar
 125 q marqarin
 2 yemək qaşığı qatıq
 0,50 stəkan şəkər tozu
 1 ədəd yumurta
 0,50 paket qabartma tozu
 0,50 paket vanil
 aldığı qədər un
 40 ədəd yarım fomada qoz qabığı (20 qozun qabığını ikiyə ayırın)
Krem üçün
 250 q süd
 1 ədəd yumurta
 1,50 stəkan un
 0,50 stəkan şəkər tozu
 vanil
 4,50 yemək qaşığı marqarin
Üzəri üçün
 qırmızı və sarı qida boyası
 şəkər tozu
Kremin hazırlanması
1

Vanil və marqarindən başqa, digər ərzaqları mikserdə çalın.
Ocağın üstünə qoyun, qarışdıraraq sıyıq halına gələnədək bişirin.
Ocaqdan götürün, vanil əlavə edin.
İlıq olanda 4,5 x.q. marqarini əlavə edib 10 dəqiqə çalın.

Xəmirin hazırlanması
2

Marqarin, qatıq, şəkər tozu, yumurta, qabartma tozu, vanil və aldığı qədər unu yoğurun.
Üzərini yaş dəsmalla örtüb 10 dəqiqə saxlayın.
Xəmirdən qoz boyda kündələr tutub bunları qoz qabıqlarının üstünə çəkin.
Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.
Bişmiş peçenyelərin içindən qoz qabıqlarını çıxarın.
Peçenyelərin içinə krem doldurub cüt-cüt yapışdırın.
Qida boyalarını çox az suyla qarışdırın.
Peçenyeləri boyayın şəkər tozuna batırın.