Yazdırma Seçimləri:

Şaftalı Mürəbbəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 15 dəq

Dadı damağınızda qalacaq bu sadə şaftalı mürəbbəsi tərifi, qəhvəaltılarınıza və şirniyyatlarınıza şox yaraşacaq. Bu gün sizi Şaftalı mürəbbəsinə qonaq edəcəyik. 1001dad.com saytı sizlərə çox rahat hazırlaya biləcəyiniz bir mürəbbə reseptini təqdim edəcəkdir.O zaman vaxt itirmədən mətbəxə keçib bir an mürəbbəmizi bişirməyə başlayaq.

Şaftalı mürəbbəsi

🍑Lazım Olan Ərzaqlar
 1 kq sərt təzə şaftalı
 1 kq toz şəkər
 1 çay qayığı kərə yağı
 1 ədəd çubuq darçın
 ½ ədəd limon suyu
🍑Şaftalı Mürəbbəsi Üçün Ərzaqların Yığılması
1

✅ Mürəbbəni bişirmək üçün əvvəlcə şaftalını yuyub suyunu süzün.
✅ Çalışın mümkün olduğu qədər quru olsun.
✅ İstifadə edəcəyiniz şəkər tozunu bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz kərə yağını bir kiçik kasaya qoyun.
✅ Lazım olacaq darçın çubuğunu da bir kasaya yığın.
✅ Lazım olacaq suyu bir şüşə bankaya yığın.

🍑 Şaftalı Mürəbbəsi Üçün Ərzaqların Hazırlanması
2

✅ Sonra yuyulub qurudulan şaftalının qabıqlarını soyun.
✅ Öz istəyinizə görə istənilən formada, ölçüdə doğraya bilərsiniz.

🍑 Şaftalı Mürəbbəsinin Hazırlanması
3

✅ Bundan sonra doğradığınız şaftalını mürəbbə bişirəcəyiniz qazana yığın.
✅ Doğradığınız şaftalının üzərinə şəkər tozu əlavə edin.
✅ Sonra qazanın qapağını örtün və doğranmış şaftalının şəkər tozunu "yeməsi" üçün bir gecə soyuducuda saxlayın.

🍑Şaftalı Mürəbbəsinin Bişirilməsi
4

✅ Ertəsi gün içərisində şəkərli şaftalı dilimləri olan qazanı ocağa alın və orta temperaturda qaynamağa qoyun.
✅Şaftalı mürəbbəsi qaynamağa başladıqdan sonra ocağın altını azaldın.
✅ Mürəbbəni vam odda bişirin.
✅ Bəs kərə yağını nə üçün istifadə edirik?
✅ Köpüklənməməsi və mürəbbənin parlaq olması üçün içərisinə kərə yağı əlavə edin.
✅ Əgər köpüklənərsə köpükləri qaşıqla təmizləyin.
✅ Çalışın k, mürəbbənin içərisində köpük heç qalmasın.
✅ Mürəbbə bişərkən hazırladığınız darçın çubuğu da buraya əlavə edin.
✅ Darçını da mürəbbənin içərisində 10-15 dəqiqə gözlədikdən sonra içərisindən çıxardın.
✅ Mürəbbənin içərisində uzun müddət gözlətməyin.
✅ Qatılaşana qədər qaynadılan şaftalı mürəbbəsinə limon suyu əlavə edib 5 dəqiqə daha qaynadın və ocağın üzərindən alın.

🍑 Şaftalı Mürəbbəsinin Saxlanma Qaydası
5

✅ Hazır şaftalı mürəbbəsini otaq temperaturunda soyumağa qoyun.
✅ İlıq olandan sonra şüşə bankaya yığıb qapağını möhkəm hermetik şəkildə bağlayın.
✅ Ağzı möhkəm bağlanan mürəbbəni sərin, quru və günəş şüalarının təsir etmədiyi bir yerdə saxlayın.

Nuş Olsun!