Yay aylaırnın vazkeçilməzi olan soyuq çayların müxtəlif növləri vardır. Bunlardan ən çox sevilənlərdən biridə şaftalılı olandır. Şaftalının aromatik dadı və balın şirinliyi birləşəndə ortaya möhtəşəm bir ləzzət çıxır.
✅ Əvvəlcə şaftalını yuyun.
✅ Sonra yuduğunuz şaftalıları uzunsov halda doğrayın.
✅ Çayı dəmləyib süzün.
✅ Şaftalını bir tavada 1 litr suda qaynadın.
✅ Şaftalının içərisinə yarım limonun suyunu sıxıb darçın çubuqlarını əlavə edin.
✅ Bir az qaynadıqdan sonra süzüb içərisinə bal əlavə edin.
✅ Bal tamamən qarıdıqdan sonra şaftalı suyunun üzərinə dəmləmiş olduğunuz çayı əlavə edin.
✅ Soyuducuda 2 saat saxladıqdan sonra soyuq halda için.