Yazdırma Seçimləri:

Sağlıqlı və ləzzətli süd şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Lazım olan ərzaqlar
 1 l süd
 100 q göbələk
 2 yemək qaşığı zeytun yağı
 1 yemək qaşığı un
 1 çay qayığı əzilmiş istiot
 1 çay qayığı duz
 200 ml su
Hazırlanma qaydası
1

Qazanda 1 yemək qaşığı zeytun yağını qızdırın.
Ardından unu əlavə edib qovurun.
Unun iyi çəkiləndən sonra yavaşça südü və suyu əlavə edib, 8 - 10 dəqiqə qaynadın.
Süd qaynayana qədər göbələkləri yuyun.
Yuyulmuş göbələklərin suyunu süzün.
Yuyulmuş göbələkləri kiçik –kiçik doğrayın.
Bir tavada 1 yemək qaşığı zeytun yağını qızdırın.
Qızdırmış olduğunuz yağın içinə doğradığınız göbələkləri əlavə edin.
Göbələkləri yağda 2 - 3 dəqiqə qovurun .
Qovurduğunuz göbələkləri də qazana əlavə edin.
Bir az qaynatdıqdan sonra istiot və duzunu da əlavə edin və 5 dəqiqə daha qaynadın.
İsti halda servis edin.

Nuş olsun!