Yazdırma Seçimləri:

Sağlıqlı və Az Kalorili Şəkərsiz Kök Topaları

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

Diyetə başlayarkən hər birimizin şirniyata olan ehtiyacının artdığını hiss edirik.
Bədənimiz digər qidalara ehtiyac duyduğu kimi , şəkər istehsal edən qidalara da ehtiyac duyur.
Bu ehtiyacı qarşılamaq üçün isə təbi qidalardan istifadə etmək daha sağlıqlı və düzgün olar. Bunları nəzərə alan 1001dad.com saytı sizlərə sağlıqlı bir şirniyyat reseptini təqdim edir.

Sağlıqlı və Az Kalorili Şəkərsiz Kök Topaları Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd rəndələnmiş kök ( 1 su stəkanı )
 1 stəkan döyülmüş kaju
 1 stəkan hind qozu
 10 ədəd xurma
 4 yemək qaşığı duru yağ
 1 çay qayığı darçın
 1 çay qayığı rəndələnmiş təzə zəncəfil
 1 çay qayığı vanilin
Sağlıqlı və Az Kalorili Şəkərsiz Kök Topaları Üçün Ərzaqların Hazırlanması
1

✅ İstifadə edəcəyiniz kökü yuyaraq qabığını soyub kasaya yığın.
✅ İstifadə edəcəyiniz kaju və hind qozunu da təmizləyərək ayrıca kasalara yığın.
✅Təzə zəncəfili yuyub təmizlədikdən sonra suyunu qurutmaq üçün mətbəx dəsmaslının üzərinə tığın.
✅İstifadə edəcəyiniz yağı kiçicik kasaya yığın.
✅ Lazım olacaq qədər xurmanı təmizləyib kasaya yığın.
✅ Lazım olacaq pudra şəkərini də bir kasaya yığın.

Sağlıqlı və Az Kalorili Şəkərsiz Kök Topaları Üçün Ərzaqların Hazırlanması
2

✅ Təmizlədiyiniz kökü mətbəx robotundan keçirib bir qarışdırma qabına yığın.
✅ Kaju və hind qozunu da mətbəx robotundan ayrı-ayrılıqda keçirdib kökün üzərinə əlavə edin.
✅Hind qozunu rəndələnmiş də ala bilərsiniz.
✅Təzə zəncəfili rəndədən keçirdin.
✅İstifadə edəcəyiniz xurmanı da robotda əzib qarışıma əlavə edin.
✅Bütün ərzaqları bir qabın içərisinə alaraq yaxşıca qarışdırın.
✅ Quru olduğunu hiss edərsinizsə bir az yağ əlavə edə bilərsiniz.

Sağlıqlı və Az Kalorili Şəkərsiz Kök Topalarının Hazırlanma Qaydası
3

✅Bişirmə kağızı sərmiş olduğunuz qaba qarışımdan qaşıqla yığın.
✅Yaxşı bir formada olmasını istəsəniz əlinizlə yumru şəkil verə bilərsiniz.
✅Kök topalarını soyuducuda bir saata qədər saxladıqdan sonra istifadə edə bilərsiniz.
✅Üzərinə azacıq pudra şəkəri və ya kakao da səpə bilərsiniz.

DİQQƏT
4

✅Qarışımı hazırlayarkən içərisinə toz şəkər əlavə etməkdən çəkinin.
✅Pəhriz edənlər kök topalarından gündə 2 və ya 3 ədəd tükədə bilərlər.

Nuş Olsun!