Yazdırma Seçimləri:

Şah plovu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı2 dəqÜmumi Vaxt2 dəq

Şah plovu

Lazım olan ərzaqlar
 500 q qoyun əti
 800 q düyü
 100 q kişmiş
 100 q qayısı
 100 q albuxara
 3 ədəd orta boy soğan
 300 q kərə yağı
 5 ədəd iri lavaş
 ½ paket limon duzu
 istiot
 zəfəran və ya sarıkök
Hazırlanma qaydası
1

İlk öncə düyünü qaynadın.
Daha sonra quru meyvələri islağa qoyun.
Düyünü də duzlu və limonlu suya yumşalması üçün qoyuruq.
Əti quşbaşı doğrayıb vam ocaqda öz suyunu salıb qızarmağa başlayıncaya qədər qovurun.
Başqa bir tavada doğradığınız soğanları qovurun.
Soğanlar qovrulduqdan sonra islatdığınız quru meyvələri və əti də əlavə edib bir yerdə qovurun.
Düyünü duzlu suda az bişirib süzün.
Plovu bişirəcəyimiz qazanın dibini əridilmiş kərə yağı ilə yağlayın.
Lavaşların da bir-bir hər iki üzünü yağlayıb qazanın dibinə və kənarlarına doğru düzün.
Düyünün yarısını lavaşların üzərinə tökün.
Yağ və sarıkök ya da dəmlənmiş zəfəranın suyunu səpin. Hazırladığımız qaranın hamısını düyünün üzərinə töküb yayın. Onun üzərinə qalan düyünü əlavə edib,yenə də yağ və ədviyyat səpin.
Lavaşların kənarlara çıxan hissələrini düyünün üzərinə gətirin.
Bir ədəd lavaşı yenidən yağlayıb düyünün hər tərəfini örtəcək şəkildə yayın.
Qazanın ağzına ya dəmirdən qapaq qoyun ,ya da alminium folqa ilə bağlayın.
Sobaya qoyub 180 dərəcədə 1 saata qədər dəmləyin.
Sobadan çıxartdıqda qazanın ağzına bir sini tutub qazanı tərs çevirin.

Nuş olsun!