Yazdırma Seçimləri:

Sahurda 10 Dəqiqəyə Köklü, Duzlu Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt45 dəq

Doyurucu xüsusiyyətə malik olan, ara öyünlərdə tercih edilən duzlu keks tam bir enerji deposudur.
Kök və cəfəri birlikdə həzm sisteminə yardımçı olacaq bir xüsusiyyətə malıikdir.

kartoflu keks

🥧Köklü, Duzlu Keks Üçün Lazım Olan Ərzaqlar
 4 ədəd yumurta (otaq temperaturunda)
 1 stəkan qatıq(otaq temperaturunda )
 1 stəkan duru yağ
 1 dəstə şüyüd
 ½ ədəd təzə soğan
 2 ədəd iri kök
 1 stəkan holland pendiri
 1,50 stəkan un
 5 q duz
 10 q qabartma tozu
 ½ çay qayığı qırmızı toz bibər
 ½ çay qayığı istiot
 1 çay qayığı quru nanə
 ½ dəstə cəfəri
 2 diş əzilmiş sarımsaq
 2 ədəd kartof
🥧Köklü, Duzlu Keksin Üzəri Üçün
 20 q küncüt
🥧Köklü, Duzlu Keks Üçün Ərzaqların Yığılma Qaydası
1

✅ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz kökü yuyub dəsmal üzərinə alın.
✅ İstifadə edəcəyiniz kartofları yuyub qabığını soyub bir kasaya alın.
✅ Lazım olacaq qədər duru yağı stəkana süzün.
✅ İstifadə edəcəyiniz şüyüdü , cəfərini təmizləyib yuyun və mətbəx dəsmalının üzərinə yığın.
✅ Təzə soğanları təmizləyib yuyun və mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq qədər holland pendirini bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz duzu, qabartma tozunu , quru nanəni , qırmızı toz bibəri və unu ayrı-ayrı kasalara yığın.
✅ Üzərinə vurmaq üçün lazım olacaq qədər küncütü bir kasaya yığın.

🥧 Keksin Ərzaqlarının Hazırlanma Qaydası
2

✅ İstifadə edəcəyiniz kökü rəndələyin.
✅ Təmizlədiyiniz şüyüdü , cəfərini , soğanı kiçik-kiçik doğrayın.
✅ İstifadə edəcəyiniz qatıq ev qatığı olsa bir az suyunu süzün.
✅ İstifadə edəcəyiniz holland pendirini də rəndələyin.
✅ Una qabartma tozunu da əlavə edib ələyin.
✅ İstifadə edəcəyiniz kartofları da küp-küp doğrayın.
✅ İstifadə edəcəyiniz yumurtaları qarışdırma qabına sındırın.

🔴Diqqət:
3

🔴İstəsəniz qımızı bibər, cəfəri və kartof istifadə edə bilərsiniz.

🥧 Keksin Xəmirinin Hazırlanması
4

köklü keks

✅ Yumurtaları mikserlə yaxşıca köpürənə qədər çırpdıqdan sonra yağı və qatığı da əlavə edin.
✅ Sonra duz və un əlavə edin.
✅ Kiçik küp halında doğradığınız kartofları və digər doğranan ərzaqları da bu qarışıma əlavə edin.
✅ Ən sonda isə ədviyyatları əlavə edin.
✅ İstədiyiniz ədviyyatlardan da istifadə edə bilərsiniz.
✅ Kartofa nanə daha çox yaraşır.

🥧 Keksin Bişirilməsi
5

✅ Yağlanmış ve ya yağlı kâğız sərilmiş orta boy bir soba sinisinə qarışımı əlavə edin.
✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Keksi qızdırdığınız sobaya verin.
✅ Keksinizi sobada 20-30 dəqiqəyə yaxın bişirin.
✅ Bişməyini bir bıçaq yardımı ilə yoxlayın.

🥧 Keksin Servis Edilməsi
6

✅ Keksin üzərinə küncüt və ya çörək otu səpərək servis edə bilərsiniz.

Nuş Olsun!