İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
Lazım olacaq qədər duzu kasaya yığın.
Lazım olacaq şəkər tozunu kasaya yığın.
Lazım ola biləcək unu kasaya yığın.
İstifadə edəcəyiniz vanilini bir kasaya alın.
İstifadə edəcəyiniz portağalı yuyub mətbəx dəsmalının üzərinə yığın.

Əvvəlcə otaq temperaturunda olan yumurtaların ağını və sarısını bir -birindən ayırıb ayrıca kasalara yığın.
Portağal qabığını rəndələyib kasaya yığın.
Keramik soba qabın kərə yağı ilə yağlayın.
Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
Əvvəlcə otaq temperaturunda olan 6 ədəd yumurtanın ağının üzərinə bir çimdik duz əlavə edib mikserlə yaxşıca çırpın.
Üzərinə 70 qr şəkər tozu da əlavə edib ən az 5 dəqiqə çırpın.
Başqa bir qabda 2 ədəd yumurta sarısı, 30 qr şəkər tozu, vanil, 20 qr un və sürtgəcdən keçirilmiş portağal qabığını əlavə edib tel çırpıcıyla yaxşıca qarışdırın.
Daha sonra yumurta sarısı kütləsini çırpılmış yumurta ağı kütləsinə hissə-hissə əlavə edib qarışdırın.
Keramik soba qəlibini (kənarları təxminən 5 sm hündürlükdə) kərə yağıyla yağlayıb içəsinə 1 xörək qaşığı süd əlavə edin.
Zövqə görə süd əvəzinə turş giləmeyvə (mərcangilə, zoğal, və ya qarağat) cemi və ya mürəbbəsi də əlavə edə bilərsiniz.
Yumurta kütləsini qəlibə elə düzün ki, üç dağ zirvəsi şəklində yaransın.
Kütləni həm qaşıqla, həm də spatula ilə dağ forması verərək yan-yana düzə bilərsiniz.
Deserti əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12 dəqiqə qızılı rəng olana qədər bişirin. Deserti sobaya qoyduqdan sonra heç bir halda sobanın qapağını açmayın!
Əgər sobanı vaxtsız açarsınızsa qabarması azalar.
Salzburg Nockerl desertini sobadan götürüb dərhal üzərinə “qar”-şəkər kirşanı səpib süfrəyə verin.
Soyumamış desert havalı quruluşa və xoş şirin dada malikdir.
Bu desertin bir xüsusiyyəti var – bişirildikdən dərhal sonra yeyilir.
Soyuduqdan sonra desert çökür və “rezin” kimi olur.
Ərzaqlar
Təlimatlar