Yazdırma Seçimləri:

Sarımsaqlı küftə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt55 dəq

Sarımsaqlı küftə

Lazım olan ərzaqlar
 2 stəkan incə bulğur
 cirə
 pul bibər
 1 yemək qaşığı bibər tomatı
 1 çay qayığı duz
 ½ stəkan tam buğda unu
 1 ədəd yumurtanın ağı
Sosu üçün
 4 yemək qaşığı zeytun yağı
 4 diş sarımsaq
 2 yemək qaşığı bibər tomatı
 1 ədəd pomidor
 1 çay qayığı duz
 ½ dəstə cəfəri
Hazırlanma qaydası
1

Sarımsaqlı küftə

Bulğuru qapaqlı bir qab içində 1,5 su stəkanı qaynar su tökün və qarışdırıb qapağını örtün.
Bulğurların qabarması üçün onu bir kənara qoyun.
Yumşalan bulğurları yaxşıca yoğurun.
Un və yumurta ağını əlavə edin.
Elastiki bir xəmir olana qədər əlinizi su ilə isladaraq yoğurun.
Içinə pul bibər, bibər tomatı, duz, cirə də əlavə edib yoğurun.
Fındıq böyüklüyündə parçalar ayırıb yuvarlayın və üzərinə barmağınızla basdırın.
Bütün bulğur xəmirini bu şəkildə hazırlayın.
5 stəkan suyu qazana qoyub qaynadın.
Içinə duz atın,köftələri atın.
Qaynamağa başladıqdan 5 dəqiqə sonra ocaqdan düşürdün.
Köftələr bişənə qədər sosu hazırlayın.
Zeytun yağını əzilmiş sarımsaqlarla qazana alın.
Üzərinə rəndələnmiş pomidor və tomatı əlavə edin.
Duz əlavə edib qarışdırın.
Bir neçə dəqiqə də qaynadıb ocaqdan alın.
Bişən köftələri aşsüzən yardımı ilə suyunu süzərək sosun içinə atın.
Qarışdıraraq servis tabağına yığın.
Üzərinə cəfəri toküb servis edin.

Nuş olsun!