Yazdırma Seçimləri:

Şəfa Qaynağı Tərəvəz Şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt40 dəq

Yaz- qış demədən sevdiyiniz və mövsümündə olan istədiyiniz tərəvəzlərdən istifadə edərək hazırlaya biləcəyiniz tərəvəz şorbası tərifi həzmi asanlaşdırmaqla yanaşı həm də çox aşağı kalorili bir reseptdir.

Şəfası özündən: Tərəvəz şorbası 

Tərəvəz Şorbası Üçün Lazım Olan Ərzaqlar
 4 yemək qaşığı duru yağ
 1 ədəd quru soğan
 2 ədəd kök
 1 ədəd qırmızı dolmalıq bibər
 1 ədəd kərəviz sapı
 1 ədəd kabak
 2 ədəd təzə soğan
 1 çay qayığı duz
 1 çay qayığı istiot
 6 stəkan su
Şorbaya Ləzzət Vermək Üçün
 ½ stəkan qatıq
 2 yemək qaşığı un
 1 çay qayığı duz
 1 ədəd yumurta sarısı
 34 damla limon suyu
Tərəvəz Şorbası Üçün Ərzaqların Hazırlanması
1

✅İstifadə edəcəyiniz yaşıl soğanı təmizləyib yuyun və suyunu çəkməsi üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ Suyunu qurutduğunuz soğanları kiçik-kiçik doğrayın.
✅ Kərəviz saplaqlarını təmizləyib yuyun və dəsmal üzərinə alın.
✅ Kərəvizləri də kubik şəklində doğrayın.
✅İstifadə edəcəyiniz duzu və istiotu ayrıca kasalara yığın.
✅ Kökləri yuyub təmizlıəyin və kubik şəklində doğrayın.
✅ İstifadə edəcəyiniz qırmızı bibərlərin içərisini təmizləyərək yuyun və kubik şəklində doğrayın.
✅ Kərə yağı bir kasaya alın.
✅ Kabakların qabıqlarını soyub kubik şəklində doğrayıb kasaya alın.
✅ Duru yağı və suyu , qatığı ayrı-ayrı stəkanlara alın.
✅ Limonu yuyub suyunu bir kasaya sıxın.
✅ Unu kasaya yığın.

Ərzaqların Bişirilməsi
2

✅4 yemək qaşığı duru yağı qazanda qızdırın.
✅Üzərinə kub formasında doğradığınız 1 ədəd quru soğanı əlavə edib yumşalana qədər qovurun.
✅Bütün tərəvəzlərin eyni vaxtda bişmələrini təmin etmək üçün eyni ölçüdə doğramağa çalışın.
✅Üzərinə bir dəqiqə arayla kub formasında doğranmış kök, kub şəklində doğranmış dolmalıq qırmızı bibər,kub şəklində doğranmış kərəviz sapı, kub şəklində doğranmış kabak və doğranmış təzə soğan əlavə edib qovurmağa davam edin.

Tərəvəz Şorbasının Bişirilmə Qaydası
3

✅Ardından 1 çay qaşığı duz, 1 çay qaşığı istiot və 6 su stəkanı suyu qazana əlavə edib qarışdırın.
✅Qapağını qapadıb qaynamağa qoyun.
✅Qaynamış olan şorbanın altını azaldın və hazırladığınız qarışımı yavaş-yavaş əlavə edin.

Tərəvəz Şorbası Üçün Sosun Hazırlanması
4

✅Şorba qaynamağa başlayarkən daha da dadlı olması üçün yarım su stəkanı qatığı əlavə etdiyiniz bir kasada 2 yemək qaşığı un, 1 çay qaşığı duz, 1 ədət yumurta sarısı və 3-4 damla limonu qataraq möhkəm çırpın ki, içində yumrular qalmasın.
✅Üzərinə qaynamaqda olan şorbanın suyundan bir çömçə alıb yavaş- yavaş tökün və qarışdırın.

DİQQƏT
5

✅Şorbanın rənginin daha gözəl olması üçün çox nişassta ilə zəngin kartofu istifadə etməyin.

Tərəvəz Şorbasının Servis Edilmə Qaydası
6

✅10 dəqiqə daha vam odda bişirdikdən sonra isti -isti servis edin.
✅Süfrəyə verərkən yanında doğranmış şüyüd, cəfəri və təzə soğan qoyub servis edə bilərsiniz.

Nuş Olsun!