Yazdırma Seçimləri:

Şəkərbura

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 30 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 55 dəq

Şekerbura

Lazım Olan Ərzaqlar
 1 kq un
 3 ədəd yumurta
 250 q təmiz kərə yağı
 1 stəkan süd
 2 yemək qaşığı xama
 0,50 çay qayığı quru maya
İçlik Üçün
 500 q qabığı təmizlənmiş fındıq ləpəsi
 500 q şəkər tozu
 ¼ çay qayığı hil
Xəmirin Hazırlanması
1

✅Südü bir qabda ılıq olana qədər isidin.
✅Una maya, kərə yağı, yumurta, xama vurun
✅Normal xəmir yoğurun.
✅Xəmirin üzərinə nəm bez və ya streç filmlə örtün və isti yerdə gözlədin.
✅Xəmirin mayalanması üçün isti olmalıdır.
✅Hazırladığımız xəmiri təqribən bir saat acımağa qoyun.
✅Xəmir yaxşıca acımalıdır.

İçliyin Hazırlanması
2

✅Fındıq ləpəsini tavada qovurun.
✅Qovrulmuş fındıq ləpəsinin qabığını təmizləyin.
✅Qabıqları təmizlənən fındıq ləpəsini elektrik və ya əllə fındıq üyüdən maşın vasitəsi ilə üyüdün.
✅Üyüdülmüş fındıq ləpəsinin içərisinə şəkər tozu və çəkilmiş hil əlavə edin.
✅Bütün bunları yaxşıca qarışdırın.
✅Şəkərbura xəmiri artıq acıyıb.
✅Acımış xəmirdən təqribən qozdan bir az böyük 10 ədəd kiçik kündəcik düzəldin.
✅Bu zaman xəmirin hamısını kündələməyin.
✅Bir hissəsini saxlayın
✅Xəmiri hissə - hissə kündələmək məsləhətdir.
✅Çünki belə etmədiyimiz təqdirdə kündələr quruya bilər və nəticə istədiyimiz kimi alınmaz.
✅Təqribən 8-10 ədəd kiçik kündə hazırlayın, onları düzəldib qurtardıqdan sonra yenidən kündələyin.
✅Bu şəkildə, xəmirin hamısı bitənə qədər şəkərburanı düzəltməyə davam edin.

Şəkərbura Xəmirinin Bükülmək Üçün Hazırlanması
3

✅Şəkərbura xəmiri artıq acıyıb.
✅Acımış xəmirdən təqribən qozdan bir az böyük 10 ədəd kiçik kündəcik düzəldin.
✅Bu zaman xəmirin hamısını kündələməyin.
✅Bir hissəsini saxlayın.
✅Xəmiri hissə - hissə kündələmək məsləhətdir.
✅Çünki belə etmədiyimiz təqdirdə kündələr quruya bilər və nəticə istədiyimiz kimi alınmaz.
✅Təqribən 8-10 ədəd kiçik kündə hazırlayın, onları düzəldib qurtardıqdan sonra yenidən kündələyin.
✅Bu şəkildə, xəmirin hamısı bitənə qədər şəkərburanı düzəltməyə davam edin.

Şəkərburanın Bükülməsi
4

✅Bunun üçün kündələrdən birini götürüb 10 sm diametrində bir yuxa yayın.
✅Sonra yayılan kündəni ovcunuzun içərisinə qoyun və bu yuvanın içərisinə təqribən 2 çay qaşığı hazır iç qoyun.
✅Bu zaman xüsusi ilə diqqət etmək lazımdır ki, şəkər tozu uc hissələrə dağılmasın.
✅Əks təqdirdə şəkərburanın uc hissələri yaxşı yapışmayacaq.
✅İçərisinə iç qoyulan yuxanın yanlarını uc - uca birləşdirin.
✅Bundan sonra yuxanı bükün.
✅Bunu həm yuxarıdan aşağı, həm də aşağıdan yuxarı istiqamətdə bükmək mümkündür.
✅Bükülən şəkərburalara bəzək maqqaşından istifadv edərək naxış vurun.
✅Naxış vurduğunuz şirniyyatları çalışmaq lazımdır ki, bir - birlərindən bir az aralı dursunlar.
✅Onları səliqə ilə düzün.

Şəkərburanın Bişirilməsi
5

✅Şəkərburaların hamısı bükülüb, bəzədildikdən sonra artıq bişirməyə hazırlamaq olar.
✅Sobanı əvvvəlcədən 170 - 180 dərəcə isidin.
✅Sonra bu isidilmiş sobada şəkərburanı təqribən 20 - 25 dəqiqə bişirin.
✅Bişdikdən sonra sobadan çıxardın.
✅Bişmə zamanı diqqət etmək lazımdır ki, şəkərburanın üzü qızarmasın.

Şəkərburanın Saxlanma Qaydası
6

✅Bişib hazır olan şəkərburaları sərin yerdə saxlamaq lazımdır.
✅Ancaq bu zaman diqqət etmək lazımdır ki, çox soyuq yer olmasın.
✅Bişən şəkərbura üstü açıq olaraq gözlədilməlidir.
✅Səliqəli və açıq düzmək lazımdır ki, naxışlar quruyub bərkisin, pozulmasın.
✅Bişdikdən sonra şəkərbura düz və geniş bir qaba yan yana səliqə ilə düzülməlidir.
✅Tam soyuyub özünü tutan şəkərburalar, ağzı örtülə bilən bir qaba yığılır.

Nuş Olsun!