Yazdırma Seçimləri:

Şəkərçörəyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 30 dəq

Azərbaycanın milli şirniyyat növlərindən biridir.
Bu şirniyyat bayram süfrələrinin bəzəyidir.
Novruz bayramında süfrəni şəkərçörəyi olmadan təsəvvür etmək olmaz. Ətrindən, dadından doyulmayan bir şirniyyatdır.

şəkərçörəyi

Şəkərçörəyi Üçün Lazım Olan Ərzaqlar
 3 stəkan un
 1 stəkan kərə yağı (ərinmiş)
 1,50 stəkan Kenton şəkər kirşanı
 1 paket Kenton şəkərli vanil
 1 ədəd yumruta ağı
Şəkərçörəyinin Üzəri Üçün
 1 ədəd yumurta sarısı
 fındıq ləpəsi (zövqə görə).
Şəkərçörəyi Hazırlamaq Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz kərə yağını bir kasaya alın.
✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq Kenton qabartma tozunu kiçik kasaya alın.
✅ edəcəyiniz Kenton şəkərli vanilini kasaya yığın.
✅İstifadə edəcəyiniz fındığı kasaya yığın.
✅Soba sinisinə yağlı kağız sərin.
✅Fındıqları təmizləyib ləpəni kasaya yığın.

Şəkərçörəyi Üçün Ərzaqların Hazırlanması
2

✅İstifadə edəcəyiniz kərə yağını əridin.
✅Yumurtaların sarısını ağından ayırınb bir kasaya yığın.
✅İstifadə edəcəyiniz unu bir kasaya ələyin.

Şəkərçörəyi Xəmirinin Hazırlanma Qaydası
3

✅Kərə yağını (ərinmiş) Kenton şəkər kirşanı ilə 25-30 dəqiqə qarışdırın.
✅Bu zaman ona yumurtanın ağını əlavə edin.
✅Qarışıma Kenton şəkərli vanil və un qatıb 10-12 dəqiqə xəmir yoğurun.
✅Xəmirdən təqribən 65-70 qramlıq kündələr hazırlayın.
✅Bunları perqament kağızı sərilmiş qənnadı təbəqəsinə düzün.
✅Üzərinə yumurta sarısı çəkin.
✅Zövqə görə ortasına fındıq ləpəsi qoyun.

Şəkərçörəyinin Bişirilməsi
4

✅ Sobanı əvvəlcədən 175-180 dərəcəyə yaxın qızdırın.
✅Hazırlamış olduğunuz şəkərçörəyini qızdırdığınız sobada 25-30 dəqiqəyə yaxın bişirin.
✅Çalışın şəkərçörəyinin üzəri çox qızarmasın.

Şəkərçörəyinin Servis Edilməsi
5

Şəkərçörəyini soyuduqdan sonra çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!