Yazdırma Seçimləri:

Şəkərsiz Mannılı, Yulaflı Bar

Verimlilik9 PorsiyonHazırlanma Müddəti15 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt20 dəq

Şəkərsiz mannılı, yulaflı bar çox gözəl bir şirniyyatdır. Bu şirniyyatın tərkibində yağ yoxdur. Bu şirniyyat sobada bişmir. Diyet edənlərin sevəcəyi bir şirniyyatdır.Tərkibində un, yumurta , kərə yağı yoxdur. Çox tez və asan başa gəlir. Çox tox tutur. Şəkərsiz hazırlanan bir şirniyyat resepti.

👉Şəkərsiz Mannılı, Yulaflı Barın Alt Qatı Üçün
 1,50 stəkan yulaf(robotda üyüdülmüş)
 1 yemək qaşığı hind qozu yağı
 1 yemək qaşığı bal
 6 ədəd xurma
👉Şəkərsiz Mannılı, Yulaflı Barın Orta Qatı Üçün
 3 yemək qaşığı mannı
 1 stəkan süd
 1 yemək qaşığı hind qozunun tozu
 1 yemək qaşığı bal
👉Şəkərsiz Mannılı, Yulaflı Barın Üstü Üçün
 1 paket şəkərsiz bitter şokolat
👉Şəkərsiz Mannılı, Yulaflı Bar Üçn Lazım Olan Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz yulafı bir kasaya alın.
✅ Hind qozu yağını bir kiçik kasaya tökün.
✅ İstifadə edəcəyiniz balı bir kiçik kasaya qoyun.
✅ Şəkərsiz mannılı, yulaflı barın üçün lazım olan xurmanı bir kasada suyun içinə qoyun.
✅ Şəkərsiz mannılı, yulaflı barın qara qatı üçün lazım ola biləcək mannını bir kasada suya qoyun.
✅ Hind qozu tozunu da bir kiçik kasaya yığın.
✅ Şəkərsiz mannılı, yulaflı bar üçün istifadə edəcəyiniz Şəkərsiz bitter şokoladını açaraq bir qaba qoyun.

👉Şəkərsiz Mannılı, Yulaflı Barın Birinci Qatının Hazırlanma Qaydası
2

✅ Şəkərsiz Mannılı, Yulaflı Barı hazırlamaq üçün alt qatın ərzaqlarını hazırlamaqla başlayın.
✅ Əvvəlcə yulafı robotda üyüdün.
✅ Suya qoyduğunuz xurmanı sudan çıxardaraq qabığını soyub çəyirdəyini çıxardın.
✅ Robotda üyütdüyünüz yulafın üzərinə təmizlədiyiniz xurmanı əlavə edib qarışdırın.
✅ Hindistan cəvizi yağını və balı da əlavə edib qarışdırın.
✅ Hazırladığınız yulaflı xəmirinin çox ələ yapışmayan, amma əlinizlə rahatlıqla şəkil verə billəcəyiniz bir qatılıqda olması lazımdır.
✅ Bir qabın altına yağlı kağız sərib əlinizlə şəkil verərək yulaflı xəmiri siniyə yerləşdirin.

👉Şəkərsiz Mannılı, Yulaflı Barın Orta Qatının Hazırlanma Qaydası
3

✅ Ocağın altını yandırın.
✅ Barın orta qatı üçün lazım olan ərzaqları bişirəcəyiniz qazanı ocağın üzərinə qoyun.
✅ Orta qat üçün istifadə edəcəyiniz mannını, südü və Hindistan cəvizini bu qazana alıb bişirin.
✅ Bir az soyuduqdan sonra balı əlavə edib qarışdırın.
✅ Orta qatın üzərinə də yulaflı qarışımı əlavə edin.

👉Şəkərsiz Mannılı, Yulaflı Barın Servis Edilməsi
4

✅ Bir az gözlətdikdən sonra isə üzərinə əridilmiş şokoladı yayın.
✅ Bir az daha gözlətdikdən sonra servis edin.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0