Yazdırma Seçimləri:

Şəkərsiz Mozaik Tort

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqÜmumi Vaxt15 dəq

Şəkərsiz mozaik tort

Şəkərsiz Mozaik Tort Üçün Lazım Olan Ərzaqlar
 3 stəkan yulaf
 2 ədəd yetişmiş banan
 1 stəkan süd
 5 yemək qaşığı bəkməz
 5 yemək qaşığı kakao
 1 stəkan qoz ləpəsi
Şəkərsiz Mozaik Tort Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz yulafı bir kasaya yığın.
✅ Lazım olan bəkməzi bir kasaya süzün.
✅ İstifadə edəcəyiniz qozu və yaxud da fındıq ləpəsini kasaya yığın.
✅ Lazım olacaq südü stəkana süzün.
✅ İstifadə edəcəyiniz bananı soyub kasaya alın.
✅ Lazım olacaq kakaonu kasaya yığın.

Şəkərsiz Mozaik Tort Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅ Südü çox isti olmayacaq şəkildə qızdırın.
✅ İstifadə edəcəyiniz bananı əzin.
✅ Bəkməz və kakaonu qaymaq kimi olana qədər qarışdırın.
✅ Qozu çox da kiçiklətmədən əzin.
✅ Qoz yerinə fındıq ləpəsi də işlədə bilərsiniz.

Şəkərsiz Mozaik Tortun Hazırlanma Qaydası
3

✅ Tortunuzun daha dadlı olmasını istəyirsinizsə bəkməzin miqdarını artıra bilərsiniz və yaxud da keçi buynuzu tozu istifadə edə bilərsiniz.
✅ Çox isti olmayacaq şəkildə qızdırıdığınız südü yulafla qarışdırın.
✅Əzərək ya da blenderdən keçirdiyiniz bananı süd-yulaf qarışımına əlavə edin.
✅ Qoz ləpəsini də əlavə edin.
✅ Qarışımı yağlı kağızın üzərinə tökərək piramida şəkli verin və dondurucuya qoyaraq bir neçə saat gözlədin.

Şəkərsiz Mozaik Tortun Servis Edilməsi
4

✅ Tortunuz donduğunda dilimləyərək kakao ya da Hindistan cəvizinə bulayaraq servisə hazırlayın.
✅ Mozaik tortu bir dondurma ilə birlikdə servis edin.

Nuş Olsun!