Yazdırma Seçimləri:

Şəkərsiz və Unsuz Dietik Balqabaqlı Keks

Verimlilik12 PorsiyonHazırlanma Müddəti30 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 10 dəq

Dadlı və kalorisiz (təqribən 1 əd. 95 kkal) balqabaq keksləri soyuq halda da çay və ya qəhvənin yanında çox ləzzətlidir.
Sadə şəkildə və tez bişən bu kekslər ancaq faydalı və təbii inqridientlərə malik olduğu, tərkibində şəkər və un olmadığı üçün sağlam və dietik qida hesab edilir.

Balqabaq Keksi Üçün Lazım Olan Ərzaqlar
 400 q balqabaq
 200 q kök
 2 ədəd yumurta
 100 q yulaf əzməsi (qerkules)
 muskat qozu (hind qozu)
 zövqə görə zəncəfil
 duz
Şəkərsiz Və Unsuz Dietik Balqabaqlı Keksi Üçün Ərzaqların Yığılması
1

✅ Keks üçün istifadə edəcəyiniz balqabağı təmizləyib bir kasaya alın.
✅ İstifadə edəcəyiniz kökü təmizləyib bir qaba yığın.
✅ Yumurtaları yuyub qaba yığın.
✅ İstifadə edəcəyiniz qədər yulafı bir kasaya yığın.
✅ Keks üçün lazım olacaq duzu, zəncəfili və müskat qozunu bir kasaya yığın.

Şəkərsiz Və Unsuz Dietik Balqabaqlı Keksin Ərzaqlarının Hazırlanması
2

✅ Balqabaq və kökü doğrayıb blenderdən, üyüdücüdən və yaxud da sürtgəcdən keçirdib bir kasaya yığın.
✅ Yuduğunuz yumurtanı bir kasaya sındırın.
✅ Keksə qatacağınız yulafı blenderdən keçirdərək bir kasaya yığın.
✅ Muskat qozunu da rəndələyin.
✅ Bütün ərzaqları yaxşı yaxşı qarışdırın .
✅ Üzərinə yulaf əzməsi, duz və ədviyyatlar əlavə edərək yenidən yaxşı-yaxşı qarışdırıb alınan xəmiri silikon qəliblərə yerləşdirin.
✅ Əvvəlcə qəliblərin içərisini azca yağlayın.
✅ Təxminən 12 ədəd keks alınır.

Şəkərsiz Və Unsuz Dietik Balqabaqlı Keksin Bişirilmə Qaydası
3

✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Hazırladığınız kekslər180 dərəcə qızdırılmış sobaya qoyun və yüngül qızarana kimi təxminən 40 dəqiqə ərzində bişirin.
✅ Bişən keksi soyuması üçün sobadan çıxardın.

Şəkərsiz Və Unsuz Dietik Balqabaq Keksinin Servis Edilməsi
4

✅ Sobadan çıxardıqdan sonra bir qədər soyumasını gözləyin və isti halda hər hansı sos, giləmeyvə, mürəbbə, xama və ya yoqurtla servis edirin.
✅ Dadlı və kalorisiz (təqribən 1 əd. 95 kkal) balqabaq keksləri soyuq halda da çay və ya qəhvənin yanında çox ləzzətlidir.
✅ Sadə şəkildə və tez bişən bu kekslər ancaq faydalı və təbii inqridientlərə malik olduğu, tərkibində şəkər və un olmadığı üçün sağlam və dietik qida hesab edilir.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0