Yazdırma Seçimləri:

Şəkərsiz, Xurmalı Və Yulaflı Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqÜmumi Vaxt40 dəq

Yulaf çox dəyərli bir karbonhidrat qaynağıdır. Lif, selenyum, fosfor, kalsiyum, omega-3, omega-6, E vitamini və B vitaminləri yönündən olduqça zəngindir. Yüksək zülal istehsal edir. Yulaf diyettə önəmli bir lif qaynağıdır. Bu liflərin yarısı həll olunur, yarısı isə həll olunmur. liflər həzm sisteminə yaxşı təsir edir. Yulaf qandaki xolesterol səviyəsini düşürür. Əzələ və sümüklərin möhkəmlənməsini təmin edir.
Döş xərçənginin qarşısını alır. Tərkibindəki həll olan liflər sayəsində arıqlamağa yardımçı olur. Qan şəkərini düzənləyərək diyabetin qarşısını alır. Sinir sisteminə, qəbizliyə yaxşı təsir edir.

Şəkərsiz, Xurmalı Və Yulaflı Keks Üçün Lazım Olan Ərzaqlar
 0,50 stəkan yulaf
 0,50 stəkan qoz ləpəsi
 6 ədəd xurma
 25 ml su
 10 q darçın
 1 q duz
 40 q labne pendiri
 30 q qatıq
 10 q bal
 2 ədəd rəndələnmiş limon qabığı
 2 ədəd çiyələk
 2 ədəd ərik
 3 ədəd albalı
 3 ədəd nanə yarpağı
🥧Şəkərsiz, Xurmalı Və Yulaflı Keks Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ Lazım olacaq qədər yulafı aırtlayıb bir kasaya yığın.
✅ Lazım olacaq qədər oz ləpəsini təmizləyib kasaya yığın.
✅ İstifadə edəcəyiniz xurmanı yuyub bir mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyinizu duz bir kasaya yığın.
✅ Lazım olacaq qədər darçını kiçik kasaya yığın.
✅ İstifadə edəcəyiniz labne pendirini bir kasaya yığın.
✅ Şəkərsiz, xurmalı və yulaflı keks üçün lazım olacaq süzmə qatığı bir kasaya yığın.
✅ Şəkərsiz, xurmalı və yulaflı keks üçün istifadə edəcəyiniz balı bir kiçik kasaya yığın.
✅ Lazım ola biləcək qədər suyu stəkana süzün.

🥧 Şəkərsiz, Xurmalı Və Yulaflı Keksin Ərzaqlarının Hazırlanma Qaydası
2

✅ Bəzən sağlamlığımıza zərəri olan ərzaqlara aludə olaraq həddindən çox istifadə etməyə başlamışıq.
✅ Müəyyən zaman keçdikdən sonra bunlar bizə rahatsızlıq verməyə başlayınca isə dolabımızda olan ərzaqlarla və şəkərsiz, yaz meyvələri ilə içimizi fərahladacaq bir keks tərifi ortaya çıxmağa başladı.
✅ Yulaf və qoz ləpəsini bir tavaya alıb vam odda iyi çıxana qədər qovurun.
✅ Xurmanın qabıqlarını soyun.
✅ Qovurduğunuz qoz ləpəsinin üzərini azca təmizləyin.

🥧 Şəkərsiz, Xurmalı Və Yulaflı Keksin Hazırlanma Qaydası
3

✅ Daha sonra yulaf, qoz ləpəsi,qabıqları soyulmuş xurma, duz, darçın və suyu mətbəx robortunun içərisinə alın.
✅ Bütün ərzaqları tamamən qarışana qədər robortda əzin.
✅ Əldə etdiyiniz qarışımı yağlı kağız sərili bir qabda bərabər şəkildə yayın və soyuducuda dondurmaya qoyub 10 dəqiqə dincəldin.
✅ Digər tərəfdə isə kremini hazırlamağa başlayın.
✅ Labne pendiri, süzmə qatıq, bal və rəndələnmiş limon qabığını bir qabda yaxşıca çırpın.
✅ Dincəlməyə qoyduğunuz yulaflı qarışımı buzluqdan alıb hazırladığınız kremi üzərinə yayın.

🥧Servis Edilmə Qaydası
4

Hazır olan keksin üzərini dilimlədiyiniz meyvələrlə bəzəyin.
Hazır keksinizi istəsəniz 1 gecə dincə qoyduqdan sonra servis edə bilərsiniz.
Arzunuza görə bəzəyərək istədiyiniz meyvələrlə servis edə bilərsiniz.

Nuş Olsun!