Yazdırma Seçimləri:

Simit Resepti

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt30 dəq

Türkiyə mətbəxinin məşhur unlu məmulatı – simit. Çıtır –çıtır, küncütlü, çox gözəl, isti-isti simit səhər səhər yeməyi zamanı çox gözəl olur. Bu gözəl ləzzəti siz də evinizdə əldə edə bilərsiniz. Elə isə simit reseptimiz ilə tanış olun.

Simit Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan ilıq su
 1 stəkan ilıq süd
 1 yemək qaşığı şəkər tozu
 duz
 1 ədəd yumurta
 1 paket maya
 4 stəkan un
Simitin Üzəri Üçün
 su
 doşab
 küncüt
👉Simit Xəmirinin Hazırlanma Qaydası
1

✅ Simit xəmirini hazırlamaq üçün bir qabın içərisinə ilıq su, ilıq süd, maya, şəkər tozu qoyun və məhsulları yaxşıca qarışdırın.
✅ Mayenin içərisinə yumurtanı qırın. Yumurtanı da südlü mayeyə qarışdırın.
✅ Qarışığa yavaş – yavaş un əlavə edin. Bu zaman un əvvəlcədən ələnmiş olmalıdır.
✅ Duz əlavə edin və xəmiri yoğurun. Simit xəmiri yumşaq olmalıdır.
✅ Xəmirin üzərini streç film və ya nəmli bezlə örtün. Otaq temperaturunda xəmiri 1 saat mayalanması üçün gözlədin.

👉Simitin Bişirilməsi
2

✅ Mayalanan xəmirdən kiçik – kiçik kündələr hazırlayın.
✅ Kündələri əlinizlə açaraq rulon şəklində uzadaraq hazırlayın.
✅ İki rulonu bir- birinə hörgü şəklində sarın.
✅ Hörgünün uclarını birləşdirin və simit formasına gətirin.
✅ Suya doşabı əlavə edin və qarışdırın.
✅ Hazırladığınız simitləri əvvəlcə doşablı suya batırın.
✅ Doşablı sudan sonra simitləri içərisində küncüt olan qabda küncütə bulaşdırın. Bu küncütlər əvvəlcədən bir az qovrulmuş olsa daha ləzzətli olar.
✅ Sobanın sinisinə bişirmə kağızı sərin.
✅ Simitləri bu kağızın üzərinə səliqə ilə düzün.
✅ Sobanı 180 dərəcəyə isidin.
✅ Simitləri sobada 25 – 30 dəqiqə üzəri qızarana kimi bişirin.

🛑Qeyd!
3

✅ Simit ruloları nə qədər incə olarsa o qədər çıtır – çıtır olacaq.
✅ Küncütü yüngülvari qovurduğunuz təqdirdə küncüt daha da ləzzətli olur.
✅ Simit çox bişirilibsə, soyuducu torbasına qoyaraq soyuducunun dondurucu bölməsində boyatlamadan saxlaya bilərsiniz və istədiyiniz vaxt yenidən istifadə edə bilərsiniz.
✅ Dondurcudakı simitləri 200 dərəcə isidilmiş sobada isidərək istifadə edə bilərsiniz.

Nuş Olsun!