Yazdırma Seçimləri:

Siqara Börəyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt20 dəq

Sabah naharında süfrələrinizi bəzəyəcək bir börək reseptimiz var.Siqara börəyi necə hazırlanır?Bu börəyi hazırlamaq həm çox asand, həm də rahatdır. Hazır yuxa ilə hazırladığınlz siqara börəyinin ləzzətindən doya bilməyəcəksiniz.
Qəhvəaltı süfrələrində baş köşədə yer alan börəyi uşaqlar çox sevir.

Siqara börəyi

👉Siqara Börəyi Üçün Lazım Olan Ərzaqlar
 Millidad lavaş
 200 q duzsuz lor(1kasa)
 0,50 dəstə cəfəri
 ala bildiyi qədər duz
👉Siqara Börəyini Qızartmaq Üçün
 duru yağ
👉Siqara Börəyini Yapışdırmaq Üçün
 su
👉Siqara Börəyi Hazırlamaq Üçün Ərzaqların Yığılması
1

✅ Cəfərini təmizləyib yuyun.
✅ Suyunu qurutmaq üçün bir mətbəx dəsmalın üzərinə sərin.
✅ Cəfərinin suyu tamamən çəkildikdən sonra kiçik-kiçik doğrayın.
✅ Milli dad lavaşını torbadan çıxardıb dəzgahın üzərinə açın.
✅ Bir kasaya duzsuz loru qoyun.

👉Siqara Börəyinin Ərzaqlarının Bişirmək Üçün Hazırlanması
2

✅ Milli dad lavaşını üçkünc formasında doğrayın.
✅ Cəfərini kiçik-kiçik doğrayın.
✅ Bir kasada loru çəngəllə əzin.
✅ Əzdiyiniz lorun üzərinə cəfəri və duzu əlavə edib qarışdırın.
✅ Doğramış olduğunuz Milli dad lavaşının enli tərəfinə hazır qarışımdan bir yemək qaşığı qoyub rulon bükün.
✅ Uc hissəsinə bir azca su vurub yapışdırın.
✅ Siqara börəyi bişirmək üçün hazırdır.

👉Siqara Börəyinin Bişirmə Qaydası
3

Siqara börəyi

✅ Ocağı yandırın.
✅ Bir tavada duru yağı qızdırın.
✅ Çalışın yağ yaxşı qızsın.
✅ Hazırladığınız siqara börəklərini yağda qızardın.
✅ Bişirdiyiniz börəkləri bir dəsmal üzərinə alın ki, əlavə yağını çəksin.
✅ Börəkləriniz servis üçün hazırdır.

👉Siqara Börəyinin Servis Üçün Hazırlanması
4

✅ Hazır siqara börəklərini zövqünüzə uyğun bəzəyərək çayla birlikdə servis edə biləırsiniz.

Nuş Olsun!