Sabah naharında süfrələrinizi bəzəyəcək bir börək reseptimiz var.Siqara börəyi necə hazırlanır?Bu börəyi hazırlamaq həm çox asand, həm də rahatdır. Hazır yuxa ilə hazırladığınlz siqara börəyinin ləzzətindən doya bilməyəcəksiniz.
Qəhvəaltı süfrələrində baş köşədə yer alan börəyi uşaqlar çox sevir.
✅ Cəfərini təmizləyib yuyun.
✅ Suyunu qurutmaq üçün bir mətbəx dəsmalın üzərinə sərin.
✅ Cəfərinin suyu tamamən çəkildikdən sonra kiçik-kiçik doğrayın.
✅ Milli dad lavaşını torbadan çıxardıb dəzgahın üzərinə açın.
✅ Bir kasaya duzsuz loru qoyun.
✅ Milli dad lavaşını üçkünc formasında doğrayın.
✅ Cəfərini kiçik-kiçik doğrayın.
✅ Bir kasada loru çəngəllə əzin.
✅ Əzdiyiniz lorun üzərinə cəfəri və duzu əlavə edib qarışdırın.
✅ Doğramış olduğunuz Milli dad lavaşının enli tərəfinə hazır qarışımdan bir yemək qaşığı qoyub rulon bükün.
✅ Uc hissəsinə bir azca su vurub yapışdırın.
✅ Siqara börəyi bişirmək üçün hazırdır.
✅ Ocağı yandırın.
✅ Bir tavada duru yağı qızdırın.
✅ Çalışın yağ yaxşı qızsın.
✅ Hazırladığınız siqara börəklərini yağda qızardın.
✅ Bişirdiyiniz börəkləri bir dəsmal üzərinə alın ki, əlavə yağını çəksin.
✅ Börəkləriniz servis üçün hazırdır.
✅ Hazır siqara börəklərini zövqünüzə uyğun bəzəyərək çayla birlikdə servis edə biləırsiniz.