Yazdırma Seçimləri:

Şiş Kabab

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 5 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 45 dəq

bərəkətli-sis-kabab

Lazım Olan Ərzaqlar
 2 ədəd hazır yuxa
 300 q az yağlı qiymə
 1 ədəd soğan
 2 ədəd kartof
 1 ədəd kök
 ½ dəstə cəfəri
 2 yemək qaşığı suxarı
 duz
 istiot
Pomidor Sosu Üçün
 2 ədəd pomidor
 1 yemək qaşığı zeytun yağı
 1 diş sarımsaq
 1 çimdik kəklikotu
Hazırlanma Qaydası
1

✅ Tərəvəzləri istər qıymə maşınından keçirin, istəsəniz rəndələyin.
✅ Çox sulu olsa yüngülcə suyunu sıxın.
✅ İçinə qiyməni, ədviyyatları, duzu, çörək dilimi qoyub yoğurun.
✅ Yuxanın birini sərib, üzərini yüngülcə yağlayın.
✅ Yarıya yaxın qisimini qatlayın.
✅ Uzun hissəyə küftə ərzaqlarını alıb şiş kabab qalınlığında yerləşdirin.
✅ Kənar qisimləri içə doğru qatlayıb rulon şəklində bükün.
iki barmaq qalınlığında dilimləyib, küftə qismi yuxarı qalacaq şəkildə şişlərə taxın.
✅ Hər şişə altı ədəd küftə yığın.
✅ Qalan küftələri isə ikinci yuxaya bükün və eyni əməliyyatı yerinə yetirin.
✅ Yağlanmış bir nimçəyə düzün.
✅ Bir fırça köməkliyi ilə köftələrin üzərini yüngülcə yağlayın.
✅ 200 dərəcəlik sobada yuxalar yüngül qızarana qədər bişirin.
✅ 2 ədəd pomidoru rəndələyin.
✅ Bir diş sarmısağı kiçik doğrayın.
✅ Çox az duru yağda suyunu çəkənə qədər bişirin.
✅ Kəklikotu və duzunu atın.
✅ Arpa şəhriyəli plov və ya makaron dəmləyərək yanında verə bilərsiniz,
✅ Hazır kababı servis tabağına alın yanına plov əlavə edərək üzərini pomidor sosu ilə
bəzəyərək isti halda servis edə bilərsiniz.
✅ Diyetdə olanlar bu köftəni yağsız bişirib yalnız salat və qatıqla yeyə bilərlər.
✅ Tək başına belə çox doyurucu bir küftədir.

Nuş Olsun!