Yazdırma Seçimləri:

Şişdə toyuq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 10 dəq

Şişdə toyuq

Lazım olanlar
 250 q toyuq döşü
 1 diş sarımsaq
 1 yemək qaşığı tomat
 0,50 stəkan duru yağ
 duz
 istiot
 cirə
 qırmızı bibər
Hazırlanması
1

Toyuq ətlərini yuyub , quşbaşı dilimləyib dərin bir kasaya yığın.
Sarımsağı toyuğun üzərinə rəndələyin.
Duz, tomat,duru yağ və ədviyyatları da əlavə edib yaxşıca yoğurun.
Soyuducuda yarım saat qədər dincə qoyun.
Daha sonra soyuducudan çıxardıb tək –tək çöp şişə düzün.
Tavaya duru yağ qoyub qızdırın və şişləri tavaya alıb orta atəşdə hər tərəfini qızardın və servis edin.

Nuş olsun!