Yazdırma Seçimləri:

Sobada bişirilmiş tərəvəzli çəki balığı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı1 saatÜmumi Vaxt1 saat 25 dəq

Lazım olan ərzaqlar
 2,50 kq çəki balığı
 1 ədəd limon
 1 yemək qaşığı zeytun yağı
 1 ədəd soğan
 2 yemək qaşığı xama
 2 ədəd kök
 4 ədəd pomidor
 5 ədəd kartof
Hazırlanma qaydası
1

Balığı təmizləyin.
Başını kəsib atın.
Balığa duz, istiot vurun.
Üzərinə limon şirəsi çəkin.
Pomidor, soğan, kök və kartofu doğrayın.
Balığın içini hazırladığınız ərzaqlarla doldurun və folqaya bükün.
210 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.
Bişəndən sonra balığın üzərindən folqanı ehtiyatla açın və üzərinə zeytun yağı töküb yenidən sobaya qoyub 15 dəqiqə bişirin ki, balığın üzəri qızarsın.
İsti-isti servis edə bilərsiniz.

Nuş olsun!