Yazdırma Seçimləri:

Sobada Kabak Çiçəyi Dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat

firinda_kabak_ciçəyi_dolmasi_

Lazım Olan Ərzaqlar
 100 q yağlı qiymə
 ½ stəkan düyü
 1 ədəd soğan
 1 diş sarımsaq
 1 ədəd pomidor
 1 ədəd yaşıl bibər
 cəfəri
 istiot
 qırmızı bibər
 tomat
 1 çay qayığı nar şərabı
 lazım olan qədər su
 ½ stəkan zeytun yağı
Hazırlanma Qaydası
1

✅Əvvəlcə zeytun yağını, soğanı və bibəri tavada bir az qızardın.
✅ Bunlar qızarandan sonra hazırladığınız qiyməni əlavə edin.
✅ Qiymənin rəngi dönənə qədər bişirin.
✅ Qiymə bişəndən sonra tomatı əlavə edib qarışdırın.
✅ Pomidor və sarımsağı əlavə edib 3-4 dəqiqə qədər bişirin.
✅ Sonda isə düyü, duz və ədviyyatları ,1 stəkan suyu əlavə edib bişməyə qoyun.
✅ Dibində çox az bir miqdar su qalanda cəfərini əlavə edin.
✅ Ocağın altını qapadıb dəmlənməyə qoyun.
✅ Kabak çiçəyini geniş bir qaba alıb bol suyla diqqətlicə , ancaq ovxalamadan yuyun.
✅ Çiçəyin içində qarışqa ola bilər.
✅ Çox incə olduğu üçün ovalanmağa dayanmır.
✅ Kabak çiçəyinin yarpaq hissələrini aralayıb soyumuş içdən bir çay qaşığı qədər doldurun.
✅ Həddindən çox doldurmayın ki, çiçək xarab ola bilər.
✅ Doldurduqdan sonra yarpaqları içə doğru qatlayın.
✅ Qapatdığınız hissələri soba sinisinin kənarlarına söykənəcək şəkildə düzün.
✅ 1 sıra da üzərinə düzə bilərsiniz.
✅ Çiçək dolmalarının üzərinə çox az zeytun yağı gəzdirin.
✅ 4-5 yemək qaşığı qədər də su əlavə edin.
✅ Əvvəlcədən 200 dərəcəyə yaxın qızdırılmış sobada üzəri xəfif qızarana qədər , yəni,
✅ 15 dəqiqəyə yaxın bişirin.

Nuş Olsun!