Yazdırma Seçimləri:

Sobada Kartof Düzməsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 15 dəq

fırında kartof düzməsi

Lazım Olan Ərzaqlar
 8 ədəd kartof
 500 q az yağlı qiymə
 2 ədəd quru soğan
 ½ dəstə cəfəri
 1 ədəd qırmızı bibər
 1,50 yemək qaşığı tomat
 ½ stəkan duru yağ
 1,50 stəkan qaynar su
 pul bibər
 istiot
 duz
Hazırlanma Qaydası
1

✅ İlk önce 8 dənə kartofu soyaraq yuyun.
✅ Kartofları bir barmaq qalınlığından bir az incə şəkildə doğrayın.
✅ Küftələri hazırlamaq üçün qiyməni geniş bir kasaya alın.
✅ 2 dənə quru soğanı rəndələyin və syunu süzdükdən sonra qiymənizə əlavə edin.
✅ Cəfərini də incə -incə doğrayıb qiyməyə əlavə edin.
✅ Pul bibər, istiot və duzu da əlavə etdikdən sonra gözəlcə yoğurun və küftələrinizi əldə edin.
✅ Dilimlədiyiniz kartoflardan 1 halqanı əlinizə alın və küftə xərcindən bir parça götürüb üzərinə qoyun.
✅ Digər kartof dilimini də onun üzərinə qoyub təkrar küftə qoyun.
✅ Bunu ərzaqlar bitənə qədər davam edin.
✅ Əlinizdəki kartof düzməsini sininin kənarına yan üstə qoyun.
✅ Maye yağımızı kiçik bir tavaya alıb yaxşıca qızdırdıqdan sonra kartofların üzərinə gəzdirərək tökün.
✅ Sobanızı 200 dərəcə qızdırdıqdan sonra kartofları 15 dəqiqə bişirin.
✅ Son olaraq bir kasaya tomatı və qaynar suyu alıb qaşıqla qarışdıraraq sosunuzu hazırlayın.
✅ 15 dəqiqə sonra sobadan çıxartdığınız düzmələrin üzərinə bu sosunuzu gəzdirin və yenidən sobaya verin.
✅ Kartoflar yumşalana qədər bişirin.
✅ Kartof düzməsi servisə hazırdır.
✅ İsti halda və şəklini pozmadan servis edin.

Nuş Olsun!