Yazdırma Seçimləri:

Sobada Makaron

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt35 dəq

fırında makaron

Lazım Olan Ərzaqlar
 1 paket makaron
 1 yemək qaşığı kərə yağı
 1 yemək qaşığı un
 3 stəkan soyuq süd
 2 ədəd yumurta sarısı
 ½ yemək qaşığı əzilmiş qoz
 istiot
 duz
 1 çay qayığı kərə yağı
Üzəri Üçün
 1 stəkan rəndələnmiş holland pendiri
Servis Üçün
 ½ dəstə şüyüd
Hazırlanma Qaydası
1

✅ Bir qazanın içində suyu qaynadın.
✅ Qaynayan suyun içinə makaronu əlavə edib bişirin.
✅ 10 dəqiqəyə yaxın bişirdikdən sonra suyunu süzün.
✅ Soba qabını kərə yağı ilə yağlayın.
✅ Süzdüyünüz makaronları yağladığınız listə tökün.
✅ Başqa bir qazanı da ocağa alıb içinə kərə yağı ataraq əridin.
✅ Əridiyiniz kərə yağının içərisinə ələmiş olduğunuz unu əlavə edib qovurun.
✅ Unun rəngi dəyişən kimi içərisinə soyuq süd və yumurta sarısını əlavə edin.
✅ Həmən ardından rəndələnmiş qozu , istiotu və duzu hazırladığınız sosa əlavə edərək ləzzətləndirin.
✅ Bu sosu çırparaq qarışdırın və vam odda qatılaşana qədər bişirin.
✅ Sosunuz azca sulu olduğu halda ocaqdan alın.
✅ Soba qabındakı makaronların üzərinə sosu gəzdirin.
✅ Bütöv sosu tökdükdən sonra soba qabının içindəki makaron sosu qarışdırın və taxta qaşıqla üzərini düzəldin.
✅ Son olaraq soslu makaronun üzərinə rəndələnmiş holland pendirini rəndələyin.
✅ Əvvəlcədən 180 dərəcə qızdırdığınız sobada 15 dəqiqə bişirin.
✅ Sobadan çıxartdıqdan sonra şüyüdü incə doğrayaraq üzərinə səpin və servis edin.

Nuş Olsun!